Tamaşamız üç böyük mükafata layiq görüldü

Tamaşamız üç böyük mükafata layiq görüldü
20 may 2019
# 15:37

Şagirdlərimiz Kayseri 14-cü Beynəlxalq Məktəblərarası Teatr Festivalından 3 mükafata layiq görülüblər.

Kulis.az xəbər verir ki, 15 aprel-4 may tarixlərində Türkiyədə böyük nüfuza sahib olan Kayseri 14-cü Beynəlxalq Məktəblərarası Teatr Festivalında Azərbaycan “Aləmin Nəfəsi: Nəsimi” tamaşası ilə təmsil olunub. Festivalda Azərbaycanı Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təbliğat müşavirliyinin dəstəyi ilə Azərbaycan Milli Konservatoriyası (AMK) nəzdində olan İncəsənət Gimnaziyasının şagirləri təmsil ediblər. Onların ifasında nümayiş olunan tamaşa böyük rəğbətlə qarşılanıb.

Mayın 18-də isə Bakı Kitab Mərkəzində İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Aləmin nəfəsi: Nəsimi” tamaşasının təqdimatı və aktyorların mükafatlandırılması baş tutub. Festivalın yekun nəticəsi olaraq, layihənin Azərbaycan üzrə rəhbəri, tərtibatçısı və dekoratoru, rəssam Günay Mehdizadənin rəhbərliyi altında təqdim olunan “Aləmin Nəfəsi:Nəsimi” tamaşası Kayseridə 3 nominasiya üzrə – “ən yaxşı səhnə dekorasiyası”,” ən yaxşı rejissor işi” və “ən yaxşı aktyor oyunu” na görə mükafatlara layiq görülüb.

Mükafatlandırma gecəsində qalib olan tamaşa bir daha izləyicilərə təqdim olunub. Gecədə çıxış edən Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təbliğat məsələləri üzrə müşaviri İrfan ÇiftçiAMK tərkibində İncəsənət Gimnaziyasının şahirdlərinə uğurlar arzulayıb:

“Beynəlxalq festivallar məktəblilərin özlərini realizə etmələri üçün ən ideal bir vasitədir. Kayseridə keçirilən 14-cü Beynəlxalq Məktəblərarası Teatr Festivalında iştirak edən şagirdlər sözün əsl mənasında möhtəşəm bir performans sərgilədilər. Məktəblilərin ifasında Nəsiminin fəlsəfəsinin qədim Türk İslam fəlsəfəsindən necə təzahür etdiyini görmüş olduq”.

BKM-nin direktoru Günel Rzayeva çıxışında Nəsimi ilinin elan olunmasının önəmliliyindən bəhs edib: “Nəsimi dünya klassikasının ən böyük korifeylərindəndir. Sevinirik ki, burada da silsilə tədbirlər keçirilir. Bu gün də bu tədbir bizi çox sevindirdi. Gənclər bu dərəcədə Nəsimin yaradıcılığına bələddirlər, onu sevərək oxuyurlar. Biz belə tədbirləri ancaq dəstəkləyə bilərik. Şagirdlərin ifasında nümayiş olunan “Aləmin Nəfəsi: Nəsimi” tamaşanı çox bəyəndim, yaxşı mənada uşaqların peşəkarlığı məni heyrətləndirdi. Layihə rəhbərinə və gənclərə uğurlar arzulayıram”.

Rəssam Günay Mehdizadə çıxışında layihənin uğur qazanmasından məmnunluğunu bildirdi:

Uşaqlar bizim gələcəyimizdir. Onların belə mötədəbər bir festivalda məhz Azərbaycanın dahi sənətkarını canlandırması, onu beynəlxalq aləmdə tanıtması özü bizim, Azərbaycan mədəniyyəti üçün bir uğur idi. Nə xoş bizə ki, qarşımıza qoyduğumuz bu amal uğrunda qalibiyyətlərimiz daha çoxdur. Bundan məmnunluq hissi duyuram və qalibiyyətimizi təkcə bizim deyil, Azərbaycan gənclərinin uğuru kimi qiymətləndirirəm”.

Sonda nəzərdə tutulan mükafatlar səfirliyin müşaviri tərəfindən iştirakçılara təqdim edilib. /AzNews.az/

# 3203 dəfə oxunub

Oxşar xəbərlər

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

18:39 4 fevral 2026
"Sürücü dedi, sənin oğlunam, dedim, biabır oldum” – Valeh Kərimovla müsahibə

"Sürücü dedi, sənin oğlunam, dedim, biabır oldum” – Valeh Kərimovla müsahibə

17:13 4 fevral 2026
Hər işi axıracan görmək lazımdır! - Günün şeiri

Hər işi axıracan görmək lazımdır! - Günün şeiri

16:50 4 fevral 2026
Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu, yoxsa öldürülmüşdü?

Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu, yoxsa öldürülmüşdü?

16:00 4 fevral 2026
Vyanada Xalq rəssamı Əşrəf Heybətovun fərdi sərgisi açıldı

Vyanada Xalq rəssamı Əşrəf Heybətovun fərdi sərgisi açıldı

14:50 4 fevral 2026
Qara Qarayevin yaradıcılıq irsinə həsr olunan dəyirmi masa keçirildi

Qara Qarayevin yaradıcılıq irsinə həsr olunan dəyirmi masa keçirildi

14:30 4 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər