ADO Britaniyada beynəlxalq foruma qatılıb

ADO Britaniyada beynəlxalq foruma qatılıb
3 aprel 2019
# 10:17

Ölkəmizin ilk müstəqil teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) Böyük Britaniyada keçirilən beynəlxalq İETM forumuna qatılıb.

Teatrdan Kulis.aza verilən məlumata görə, forumda ADO-nu teatrın fransız əsilli aktrisası Elsa Furtado təmsil edib.

Foruma Kanada, Fransa, Avstraliya, Rusiya, İspaniya, Amerika, Böyük Britaniya və başqa ölkələrdən mədəniyyət qurumları, artistlər, prodüserlər qoşulub. Azərbaycandan isə ADO bu il forumda iştirak edib. Eyni zamanda ADO teatrı İETM şəbəkəsinin üzvü də seçilib.

Forumda 100-ə yaxın incəsənət qurumu iştirak edib. Onlar arasından 18 incəsənət qurumu təqdimat etmək üçün seçilib. Azərbaycanı təmsil edən ADO teatrı da çıxış üçün seçilmiş 18 qurumun içərisində yer alıb. Teatr adından çıxış edən aktrisamız Elsa Furtado ADO-nun 6 il ərzində ölkəmizdə gördüyü işlər haqqında danışıb, eyni zamanda teatrın beynəlxalq əlaqələrinin gücləndirmək istədiyini vurğulayıb: “Biz xarici incəsənət nümayəndələri ilə Azərbaycandakı müasir incəsənət yaradıcılarının birgə işini təşkil etmək, mədəniyyətlərarası inteqrasiyada maraqlıyıq”.

İETM müasir ifaçılıq sənəti üzrə beynəlxalq və genişmiqyaslı bir şəbəkədir. 450-dən çox qurum bu şəbəkədə təmsil olunur. Avropa İttifaqı forumun əsas dəstəkçisidir. Eyni zamanda British Council, İnstitut Fransaiç, Arts Council England, Swedish arts Council, Belfast City Council, Australia Council for the Arts, Republica Portuguesa Cultura və başqa beynəlxalq qurumlar da adıçəkilən forumun rəsmi dəstəkçisidir. 28-31 mart aralığında keçirilən forumda 550-dən çox insan iştirak edib.

# 3687 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər