Pen-Klubdan Küçük İskəndərə yüksək qiymət

Pen-Klubdan Küçük İskəndərə yüksək qiymət
6 iyul 2018
# 10:28

Türkiyəli yazarlar Pen-Klubu Küçük İskəndərin bütün əsərlərini “Ayın kitabı” seçib.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, seçimin səbəbləri bu cür açıqlanıb:

"Poeziyamıza yenilik gətirən, qaldırdığı mövzuların bədii ifadəsini verən, andeqraund türk şeirinin ilk nümunələrini yaradan, insanı qorxusuz, güzəştsiz, senzurasız yazan, özündən sonra gələn nəsillərə təsir edən, yeni, fərqli şeir yolları açan, təkcə poeziyanın xarakterini deyil, mətn təcrübəmizə də nəfəs verən, onu daha yüksəklərə qaldıran, Cumhuriyyət dövrü poeziyamızın heç şübhəsiz, ən öndə gələn adlarından olan böyük şairimizin üzvümüz olmasından qürur duyduğumuzu və əziz dostumuz, qardaşımız Küçük İsgəndərin bütün yaradıcılığının yer aldığı kitabı “Ayın kitabı” seçdiyimizi elan edirik. Onun tez bir zamanda sağlamlığına qovuşmasını ürəkdən arzulayırıq. Sağ ol, Küçük İsgəndər, yaxşı ki, varsan, yaxşı ki yazırsan"!

Xatırladaq ki, bu yaxınlarda Küçük İskəndərdə xərçəng xəstəliyi aşkar edilib və bu xəbər onu sevənlər tərəfindən böyük həyəcanla qarşılanıb.

# 3206 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər