Lütfi Zadənin qəbirüstü abidəsi hazırlanır

Lütfi Zadənin qəbirüstü abidəsi hazırlanır
26 aprel 2018
# 15:35

“Hazırda Lütfi Zadənin qəbirüstü abidəsinin layihəsi üzərində işləyirəm. Lakin bu, o qədər asan məsələ deyil”.

Bunu Modern.az saytına açıqlamasında heykəltəraş, xalq rəssamı, akademik Ömər Eldarov deyib.

Xalq rəssamı qeyd edib ki, abidə tamamilə fərqli üslubda olacaq:

“Əslində indi abidənin hansı formada olacağını izah etmək çətindir. Bu memarlıq abidəsi tam natural deyil. Sözlərlə ifadə edəsi olsam, deyə bilərəm ki, Lütfi Zadənin qəbirüstü abidəsində qapı simvolu olacaq. Qapı açılır və Lütfi Zadə ayaqüstə dayanır”.

Ö.Eldarov qeyd edib ki, layihə üzərində işləsə də, hələ ki abidə üçün lazım olan materialların sifarişlərindən söz açmaq mümkün deyil:

“Düzdür, özüm artıq uzun müddətdir işləyirəm. Amma heç nə olmadan nəsə demək olmur. Layihənin hazırlanması üçün də çox vaxt lazımdır. Lakin deyə bilərəm ki, Lütfi Zadənin qəbirüstü abidəsi başqalarına bənzəməməlidir. Bu baxımdan abidə orijinal olacaq. Bilirsiniz, Lütfü Zadə təkcə Azərbaycan yox, həm də dünya üçün böyük şəxsiyyət olub”.

Ömər Eldarov bildirib ki, büstün hazırlanması AMEA tərəfindən ona həvalə edilib və qəbirüstü abidəsi mərhumun ildönümü mərasimində hazır olacaq.

Lütfi Zadə 2017-ci ilin sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat edib. O, vəfatından əvvəl Azərbaycanda dəfn edilməsi ilə bağlı vəsiyyət yazıb. Alimin nəşi sentyabrın 29-da Azərbaycana gətirilərək, 1-ci Fəxri xiyabanda dəfn edilib. Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin dəfnindən 6 ay keçir.

# 2291 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər