Bakıda Moldova ədəbiyyatı günləri başladı

Bakıda Moldova ədəbiyyatı günləri başladı
2 mart 2018
# 09:54

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Moldova Azərbaycanlıları Konqresinin və Azərbaycan Yazıçılar Birliyi (AYB) nəzdində Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin dəstəyi ilə martın 1-3-də Bakıda Moldova ədəbiyyatı günləri keçirilir.

Kulis.azın məlumatına görə tədbir çərçivəsində Moldovanın tanınmış yazıçı və şairləri ilə görüşlər nəzərdə tutulub.

Görüşlərdə Moldovada çap edilmiş Azərbaycan ədəbiyyatı nümunələri təqdim ediləcək. Bundan əlavə, moldovalı müəlliflərin kitablarının təqdimatı və bir sıra digər tədbirlər planlaşdırılıb.

Martın 1-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Moldova Yazıçılar İttifaqının sədri Arkadi Suçevyanu başda olmaqla moldovalı ədiblərlə görüş keçirilib.

AYB-in sədri, Xalq Yazıçısı Anar Azərbaycan ilə Moldova arasında ədəbi əlaqələrdən danışaraq qeyd edib ki, iki ölkənin yazıçılar ittifaqları arasında sıx əməkdaşlıq yaranıb. Anar Bakıda Moldova ədəbiyyatı günlərinin təşkilinə və keçirilməsinə göstərdiyi dəstəyə görə Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzova təşəkkür edib, ona AYB-in fəxri üzvü vəsiqəsini təqdim edib.

V.Novruzov göstərdiyi diqqətə görə Anara təşəkkür edərək bildirib ki, yaxın günlərdə Moldovada Azərbaycan ədəbiyyatı günləri keçirmək planlaşdırılır.

Moldovanın ölkəmizdəki səfiri George Leuka diqqətə çatdırıb ki, Moldova ilə Azərbaycanı uzun illərdir bütün sahələrdə sıx əlaqələr bağlayır. Səfir vurğulayıb ki, bugünkü tədbir dost ölkələrimizin xalqlarının bir-birinin mədəniyyətinə qarşılıqlı maraq göstərməsinin növbəti təsdiqidir.

Arkadi Suçevyanu Moldova ədəbiyyatı günlərinin yüksək səviyyədə keçirilməsinə görə təşəkkür edərək deyib ki, tanınmış Azərbaycan yazıçılarının bir sıra əsərləri artıq moldav dilinə tərcümə olunub və nəşr edilib. A.Suçevyanu AYB-in Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş moldav yazıçılarının əsərlərindən ibarət məcmuəni təqdim edib. Tərcüməçilərin böyük iş gördüklərini vurğulayan qonaq onların zəhmətini yüksək qiymətləndirib. O, şair-tərcüməçi Səlim Babullaoğluna xatirə hədiyyəsi təqdim edib.

Sonra George Leuka və Arkadi Suçevyanu Moldova Yazıçılar İttifaqının fəxri üzvü döş nişanını Anara təqdim ediblər.

Tədbir diskussiyalarla davam edib.

# 2185 dəfə oxunub

Oxşar xəbərlər

Arxeologiya Muzeyləri kompleksində yenidənqurma işləri yekunlaşdı

Arxeologiya Muzeyləri kompleksində yenidənqurma işləri yekunlaşdı

12:30 21 sentyabr 2026
Alim Qasımov:  "Üzeyir Mehdizadə ilə duetimizin belə qarşılanacağını təxmin edirdim, ancaq..." - Müsahibə

Alim Qasımov: "Üzeyir Mehdizadə ilə duetimizin belə qarşılanacağını təxmin edirdim, ancaq..." - Müsahibə

12:18 21 sentyabr 2026
Tanınmış rejissorun 1 milyard dollarlıq muzeyi açılacaq

Tanınmış rejissorun 1 milyard dollarlıq muzeyi açılacaq

11:40 21 sentyabr 2026
Şakira uzun illər sonra İspaniyada konsert verdi

Şakira uzun illər sonra İspaniyada konsert verdi

11:20 21 sentyabr 2026
Muzeyin divarına zərər vuran şəxslər saxlanıldı

Muzeyin divarına zərər vuran şəxslər saxlanıldı

11:00 21 sentyabr 2026
"Həqiqi ilahə yerişindən bəlli olur... " - Vergilidən sitatlar

"Həqiqi ilahə yerişindən bəlli olur... " - Vergilidən sitatlar

10:30 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər