İtaliya opera ulduzu Bakıda çıxış edəcək

İtaliya opera ulduzu Bakıda çıxış edəcək
18 aprel 2019
# 10:08

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə İtaliyanın Azərbaycandakı səfirliyinin birgə mədəni proqramı çərçivəsində Cakomo Puççininin “Toska” operası nümayiş ediləcək.

Kulis.az-ın teatrın mətbuat xidmətindən aldığı məlumata görə, mayın 12-də göstəriləcək tamaşada Toska partiyasını İtaliyanın tanınmış opera müğənnisi Silvana Froli ifa edəcək. Kavaradossi partiyasını isə vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, hazırda İtaliyada yaşayan və fəaliyyət göstərən Vitali Kovalçuk canlandıracaq.

Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, Belarusun Əməkdar artisti Vladimir Qromov operada Skarpia rolunda çıxış edəcək.

Səhnə əsəri tanınmış italyan dirijoru, Makedoniya Dövlət Opera və Balet Teatrının dirijoru, professor Yakopo Sipari di Peskasseroli tərəfindən idarə olunacaq.

Operada, həmçinin teatrın solistləri - Xalq artistləri Əli Əsgərov, Əkrəm Poladov, Əməkdar artistlər Cahangir Qurbanov, Əliəhməd İbrahimov yer alacaqlar.

# 4863 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
II Türkiyə Kino Festivalı keçiriləcək

II Türkiyə Kino Festivalı keçiriləcək

16:30 21 sentyabr 2026
Süni intellekt aktrisası "nasazladı"

Süni intellekt aktrisası "nasazladı"

16:00 21 sentyabr 2026
Amerikalı repçi konsert gəlirini Fələstinə bağışlayacaq

Amerikalı repçi konsert gəlirini Fələstinə bağışlayacaq

15:30 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər