dOM teatrında premyera olacaq: "İclas"

dOM teatrında premyera olacaq: "İclas"
5 noyabr 2019
# 13:20

Noyabrın 11-də, saat 19.00-da Gənc Tamaşaçılar Teatrında dOM teatrının yeni tamaşası təqdim olunacaq.

Kulis.az-ın verdiyi xəbərə görə, dramaturq İsmayıl İmanın “İclas” əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru dOM teatrının rəhbəri Tərlan Əngindir.

İmmersiv tamaşa olaraq təqdim olunan “İclas” tamaşası məktəbdə valideyn iclası formatında hazırlanıb.

Tamaşada teatrın aktyorları Qasım Nağı, Yaqut Paşazadə, Dəniz Tacəddin, Leyla Babayeva, Toğrul Kamalov, Nicat Qasımzadə, Tərlan Əli, Elvin Məmmədov, Əminə Məmmədova iştirak edirlər.

Tamaşanın rejissoru Tərlan Rəsulovun sözlərinə görə, tamaşa “Elina hadisəsi” ilə aktuallaşan “Bullinq” probleminə həsr olunub: “Bu tamaşada təkcə ifaçıların deyil, seyrçilərin də bu problemin köklərini təhqiq edib tapmaq, çıxış yollarını təklif etmək imkanı yaradılacaq”.

Tamaşa Mədəniyyət Nazirliyinin müstəqil teatrlara dəstək proqramı çərçivəsində nümayiş olunacaq. Sözügedən proqram müstəqil teatrlara ayda bir dəfə dövlət teatrının binasında tamaşa oynamağa şərait yaratmağı nəzərdə tutur.

Xatırladaq ki, dOM Teatrı Tərlan Rəsulov tərəfindən 2017-ci ildə teatr aləmində yeni və alternativ metodika və üslubların yaradılması və inkişaf etdirilməsi məqsədilə yaradılıb. Indiki zamanda dOM Teatrı Azərbaycanda ilk və yeganə interaktiv teatrdır. Spontan aktyor texnikası artıq müxtəlif variantlarda dOM Teatrının bir neçə layihəsində – YARAT İncəsənət Mərkəzində nümayiş olunan “Error”, “Şağ” interaktiv tamaşalarında, o cümlədən “Limbo” immersiv tamaşasında, “SÖZ” Ədəbi Layihəsi ilə müştərək Mikayıl Müşfiqə həsr edilmiş gecədə, “ARTIM ROOMS” çərçivəsində “Perpendikulyar həqiqətlər” sərgisində spontan performansda, “Tik-Talk” antikafesində “İki amerikano və çizkeyk” tamaşalar silsiləsində sınaqdan çıxarılmışdır.

Teatrın işləri siyahısında Əlilliyi olan insanlar üçün İcma Teatrının yaradılması, BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarlığının dəstəyi ilə “Limbo” immersiv tamaşası, “Poliqon” yaradıcılıq platforması və s. vardır. Həmçının, teatrın "Limbo" tamaşası bu il mayda Ufada keçirilən "Tuğanlık" festivalında xüsusi mükafata layiq görülüb.

# 4169 dəfə oxunub

Oxşar xəbərlər

Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

15:15 6 avqust 2026
Türkiyəli ssenarist vəfat etdi

Türkiyəli ssenarist vəfat etdi

14:30 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər