Yazıçılar məcburi köçkünlərlə görüşüb

 Yazıçılar məcburi köçkünlərlə görüşüb
28 sentyabr 2017
# 10:50

Sentyabrın 27-də Cəbrayıl məcburi köçkün qəsəbəsində (Biləsuvar) “Azərbaycan Yazarlar Klubu” İctimai Birliyinin “Canımız Qarabağ, Yazımız Qarabağ- 2” layihəsi çərçivəsində ziyalılar, gənclər və ictimaiyyətin müxtəlif nümayəndələri ilə görüş keçirilib.

Kulis.azın verdiyi xəbərə görə, görüşdə layihənin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin müşaviri, Azərbaycan Yazarlar Klubunun sədri, yazıçı-dramaturq-publisist Elçin Hüseynbəyli, “Persona.az” saytının rəhbəri, yazıçı Zəka Vilayətoğlu, “Ulduz” jurnalının şöbə müdiri, şairə Fərqanə Mehdiyeva, AYB təmsilçisi, şairə Güləmail Murad və şair İlqar Türkoğlu iştirak ediblər.

Görüş iştirakçıları öncə Qarabağ savaşı ilə bağlı yeni çıxan kitabların və film-disklərin sərgisi ilə tanış olublar və sonda həmin kitablar rayon kitabxanasına təhvil verilib.

Elçin Hüseynbəyli çıxış edərək, layihənin məqsədi barədə məlumat verib.

Yazıçı xatırladıb ki, oxşar tədbir ötən ilin noyabrında həm bu məkanda, həm də digər cəbhə bölgələrində keçirilib. Oktyabrın əvvəllərində isə Füzuliyə və Cocuq Mərcanlıya da yazarların səfəri planlaşdırılır.

Daha sonra Bakıdan gələn qonaqlar çıxış ediblər. Onlar yurd həsrəti çəkən soydaşlarının dərdinə şərik olduqlarını bildiriblər və bu ruhda şeirlər söyləyiblər.

Yekunda tədbir iştirakçıları əmin olduqlarını bildiriblər ki, tezliklə torpaqlarımız işğaldan azad olunacaq və Cəbrayıl torpağı yenidən güllü-çiçəkli diyara çevriləcək.

# 2584 dəfə oxunub

Oxşar xəbərlər

“Bəhram Mansurov. Biblioqrafiya”  kitabının təqdimatı oldu

“Bəhram Mansurov. Biblioqrafiya” kitabının təqdimatı oldu

17:30 22 iyun 2026
Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

17:00 22 iyun 2026
"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

16:39 22 iyun 2026
Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

15:52 22 iyun 2026
Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı  adına layiq görüldü

Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı adına layiq görüldü

14:30 22 iyun 2026
Bülbül:  Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

Bülbül: Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

14:00 22 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər