Vaqif Bayatlı: “Sağ ayağım işləmir”

Vaqif Bayatlı: “Sağ ayağım işləmir”
8 sentyabr 2017
# 15:12

“Hazırda vəziyyətim çox yaxşıdır. Sadəcə olaraq, sağ ayağım işləmir. 2012-ci ildə iynə vurublar və damarım zədələnib. Qan yaxşı işləmədiyi üçün bu da məni incidir”.

Kulis.az hafta.az-a istinadən bildiri ki, bunu məşhur şair Vaqif Bayatlı deyib. Onun sözlərinə görə, xəstəliyi ölümcül deyil və müalicəsi xaricdədir və bunun üçün də xeyli pul lazımdır:

“İşə gedib-gəlirəm. Aprel ayında ayağım sındı. Müalicəm üçün çoxlu pul lazımdır. Xaricə getməliyəm. Buna da imkanım yoxdur. Dövlət qurumlarına müalicə üçün müraciət etmək fikrində deyiləm. Kişi öz xəstəliyini özü sağaldar. Müalicəmi ev şəraitində iynə-dərmanlarla davam etdirirəm. Ölmək istəmirəm, həyat haqqında da nikbinəm. İşləyirəm, mütəmadi olaraq qəzetlərdə, dərgilərdə yazılarım çap olunur. Televiziyalar çağıranda da gedirəm”.

Qeyd edək ki, Vaqif Bayatlı Odər bir müddət əvvəl səhhəti pisləşdiyi üçün Türkiyəyə aparılmış, orada beyin əməliyyatı keçirmişdi.

# 2801 dəfə oxunub

Oxşar xəbərlər

Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

14:57 6 noyabr 2026
"Xoşbəxtlik qaçmaqda deyil, dayanmaqdadır" – Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatından reportaj

"Xoşbəxtlik qaçmaqda deyil, dayanmaqdadır" – Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatından reportaj

14:41 6 noyabr 2026
Zəfər Gününə həsr olunmuş xeyriyyə sərgisi təşkil edildi

Zəfər Gününə həsr olunmuş xeyriyyə sərgisi təşkil edildi

14:39 6 noyabr 2026
Əfsanəvi rok qrupundan bəhs edən filmin nümayiş tarixi açıqlandı

Əfsanəvi rok qrupundan bəhs edən filmin nümayiş tarixi açıqlandı

14:36 6 noyabr 2026
“Sözün Baharı” tərcümə dəstək layihəsi həyata keçiriləcək

“Sözün Baharı” tərcümə dəstək layihəsi həyata keçiriləcək

14:18 6 noyabr 2026
Laçında Zəfər Gününə həsr olunmuş konsert keçirildi - FOTO

Laçında Zəfər Gününə həsr olunmuş konsert keçirildi - FOTO

14:11 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər