Bilməsən yaxşıdır bunları - Video

Bilməsən yaxşıdır bunları - Video
10 sentyabr 2019
# 16:30

Kulis.az Nicat Manafovun şeirini və Nərmin Məmmədovanın ifasında səsləndirilməsini təqdim edir.

Sevə bilmək də əzabdır, bilməmək də.
Başlayır hekayən sevəndə,
Dəyişir hər şey, nəfəsin, ümidin və səsin,
Başa düşmürsən olanı, özünü, sözünü,
İtirirsən bütün gücünü, əzəmətini, qüdrətini.
Təslim olursan bir faniyə,
Bəzən dönsə də bir caniyə.


Ola bilmirsən, qayıda bilmirsən əvvəlki sənə.
Tutuşub əl-ələ gəzirsən küçələri, hekayələri, sərhədləri.
Düşünə bilmirsən özünü,
Ala bilmirsən gözünü.
İşıq kimi parıldayır,
Kor edir gözlərini.
Sürətli uçur zaman,
Yaxınlaşır həqiqətlər, bəhanələr, davalar, qayğılar, ağrılar.
Axtarırsan səbəbi, tapmırsan,
Çünki korsan, görmürsən.

Bəlkə bir xəbər, bəlkə bir işarə,
Heç nə yoxdur ətrafda.
Anlamaz ki, kimsə səni,
Sus heç danışma kimsəyə.
Bir az daha uçur zaman dərinləşir yaralar,
Hələ də ümidin var, gələndə sağalar.


Amma gəlməyəcək, səni görməyəcək,
Ağrını bilməyəcək, heç nə hiss etməyəcək.
Bürüyüb kədər bədənini, ruhunu, qəlbini.
Bu sənin sevgindir, sənə aiddir, pak və təmizdir.
Axtarma başqasında səni, qəmgin səsini, yorma nəfəsini.
Qorxma, güclü ol, utanma hissindən.


Hesab soruşma gecələrə, sorğulama olanlara.
İnan, həqiqətin cavabı pisdir, nifrətdir, yolları çıxmaz zülmətdir.
Bilməsən yaxşıdır bunları,

Yoxsa dərinləşdirmək istəyirsən yarlarını?
Edə bilməz kömək səndən başqa kimsə sənə.
Yığ taqətini, qəbul et həqiqətini.


Yaranı sev, həyatı sev, kədəri sev, günəşi sev.
Sev ki, həyat qucaqlasın səni bərk-bərk bassın bağrına,
Gəlmisən bu dünyaya ancaq yaşamaq uğruna.
Görməyim səni bir də belə,
Sirrimiz olsun danışma elə.
Özünə yaxşı bax, yenə gələcəm,
Başını oxşayıb təkrar sevəcəm.

# 3592 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər