Milli Kitabxanada təqdimat olub

Milli Kitabxanada təqdimat olub
14 avqust 2019
# 18:45

Avqustun 14-də Milli Kitabxanada Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, BDU-nun doktorantı, gənc yazar Ülvi Aydının “Eşqin səsi” kitabının təqdimatı və imza mərasimi keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb, Milli Kitabxananın yaxın dostu, ən fəal oxucularından biri olan Ülvi Aydının yaradıcılığından, şeirlərinin təsirliliyindən danışıb.

O, “Təmənnasız qan”, “Düşünək gərək”, “Çağlayan sevgi” adlı daha 3 kitabın müəllifi olan, ürəkdən gələn hisslərini vərəqə köçürən, şeir, qəzəl, hekayələr müəllifi kimi tanınan gənc yazara gələcəkdə yeni yaradıcılıq uğurları arzulayıb.

Şair Zəkəriyyə Qurbanov məsləkdaşı Ülvi Aydına hər zaman yüksəklərdə olmağı arzulayıb, onun “Xoşum gəlir” şeirini səsləndirib.

Milli Kitabxananın Könüllülər Qrupunun üzvləri tərəfindən də şairin şeirləri oxunub.

Gənc yazarın ailə üzvləri çıxış edib, kitabxananın rəhbərliyinə bu gözəl tədbirin təşkilinə görə minnətdarlığını bildirib, tutduğu düzgün yolda Ülviyə müvəffəqiyyət arzulayıblar.

BDU-nun əməkdaşı, kitabın korrektoru Gülnar Axundova kitabın ərsəyə gəlməsi istiqamətində müəllifin gərgin zəhmətindən danışıb, ona uğurlar arzulayıb.

Sonda gənc yazar Milli Kitabxanadan daim oxucu kimi xoş münasibət gördüyünü, bütün sorğularını burada ödədiyini, həm elmi, həm də bədii yaradıcılığının inkişafına yaxından kömək olduqlarını bildirib, kitabxana haqqında yazdığı şeirini oxuyub.

Sonda müəllif şeirlərini səsləndirilib, imzası ilə kitablarını oxuculara təqdim edib və onlarla xatirə şəkli çəkdirib. /azertag.az/

# 3667 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər