11 yaşlı Lent.azın uğur açarı

11 yaşlı Lent.azın uğur açarı
25 iyun 2019
# 11:00

Bu gün doğma Lent.azın doğum günüdür. İlk azərbaycandilli xəbər portalının...

Rusdilli saytların qol-budaq atdığı bir zamanda Lent.az ortaya çıxdı və Azərbaycan oxucusuna öz xəbərlərini çatdırdı.

Yaranmasından düz 11 il ötür.

2008-ci ilin 25 iyununda fəaliyyətə başlayıb.

Bu saytda bir-birindən maraqlı yazılar izləmişik.

Lent.az həmişə Qarabağ mövzusuna həssas yanaşıb. "Böyük tariximiz", "Əsir düşərgəsi", "Kəşfiyyatçının gündəliyi", "Qəhrəmanlar ölmürlər", lap yeni “Şəhid əmanəti” layihələri buna misaldır.

Təbii ki, bu layihələr və başqa yazılar təcrübəli, peşəkar qələm adamlarının sayəsində yarandı.

Səbuhi Məmmədlinin reportajları...

Vüsalə Məmmədovanın müsahibələri və yazıları...

Ramilə Qurbanlının xatirə yazıları və söhbətləri...

Operativ xəbərlər...

Və təbii ki, bütün bunları ustalıqla tənzimləyə redaktor işi...

Bütün bunlar Lent.azın uğurlarının açarıdır.

Və bu uğur bu gün də davam etməkdədir.

Lent.az İnformasiya Agentliyinin baş direktoru Qabil Abbasoğlu 10 yaşları tanam olanda yubileydə bunları demişdi:

“Biz oxucularımızla dəyərliyik! Hesab edirəm ki, bizim oxucular tək oxucumuz deyil, həm də dostumuzdur. Bu qədər dostun olması ilə fəxr eləmək olar. Bizim saytda kənara qoymadığımız xətt ərazi bütövlüyü, Qarabağ problemi olub. Nəinki peşəkar kimi, bir insan kimi bunu öz vəzifəmiz hesab etmişik. Buna görə kimdənsə qədir-qiymət gözləməmişik. Borc kimi gördüyümüz bu işləri yenə davam etdirəcəyik. Oxucuların sevimli saytı olmağa çalışırıq. Mən bu gün də hərf səhvinə görə bizə zəng edənlərə təşəkkür edirəm.”

11 illiyində Lent.azın redaksiyasında hüznlü bir sükut var. Qabil müəllim bunu belə açıqlayır:

“Bizim 11 illiyimiz böyük ustad Şirməmməd Hüseynovun dəfn gününə düşdü. Ona görə də bu günü təntənəli qeyd etməyəcəyik. Lakin təqvim təqvimdir. Lent.az artıq 11-ci ilinə qədəm basdı”.

Biz də Lent.azı 11 yaşı münasibəti ilə təbrik edir, yeni-yeni uğurlar diləyirik!

# 3701 dəfə oxunub

Oxşar xəbərlər

Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

11:50 7 avqust 2026
Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

10:50 7 avqust 2026
26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun  siyahısına daxil edildi

26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun siyahısına daxil edildi

10:26 7 avqust 2026
Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər