Fikrət Qoca ilə görüş keçirilib

Fikrət Qoca ilə görüş keçirilib
13 iyun 2019
# 10:02

İyunun 12-də Bakı Kitab Mərkəzində Xalq şairi Fikrət Qoca ilə görüş keçirilib.

Görüş çərçivəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının maliyyə dəstəyi ilə çap olunmuş gənc müəlliflər - İlkin Şükürbəyli və Nəsimi Faiqoğlunun “Qətl edilmiş uşaqlar” kitabının təqdimatı keçirilib.

Tədbiri Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva açaraq görüşün mərkəzin reallaşdırdığı “Yazıçı ilə dialoq” layihəsi çərçivəsində baş tutduğunu bildirib.

Tədbirin aparıcısı Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi Fikrət Qocanın həyat yolu və yaradıcılığından söz açıb.

Bildirilib ki, şairin şeirlərində vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapıb. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olan Fikrət Qoca həmin ölkələrdə gedən milli azadlıq hərəkatlarına şerlər həsr edib. 1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. Onun bir sıra nəsr əsərləri də var. "Ölüm ayrılıq deyil" (1990), "Hələlik, – qiyamətədək" (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapıb. Əsərləri bir sıra xarici dillərə tərcümə olunub. Şeirlərinə çoxlu sayda musiqi bəstələnib.

Yaradıcılığının əsasında dayanan yeni fikir, yeni ahəng uğrunda apardığı mübarizə diqqəti cəlb edir. Bu, o deməkdir ki, onun yaradıcılığında ənənə və novatorluq ayrıca çalarlar ilə üzə çıxır. Fikrət Qoca şeirləri heca vəznində yaratsa da, onun sərbəst düşüncələrində qafiyə axtarışı kənarda qalır. Bu keyfiyyətlər yaradıcılığında təbii və səmimi şəkildə üzə çıxdığı üçün diqqətəlayiqdir.

Tədbirdə Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, Xalq şairi Nəriman Həsənzadə, filologiya elmləri doktoru Gülxani Pənah, AYB-in katibi Rəşad Məcid və başqaları çıxış edərək qələm dostları Fikrət Qocanın bənzərsiz yaradıcılıq yolundan söz açıblar. Bildirilib ki, Fikrət Qoca çoxşaxəli yaradıcılıq axtarışları ilə hər zaman oxucuların görüşünə bir-birindən maraqlı əsərlərlə gəlib.

“Qətl edilmiş uşaqlar” kitabının böyük əhəmiyyət daşıdığını bildirən natiqlər söyləyiblər ki, nəşrə “Ön söz”ü Fikrət Qoca yazıb.

Qarabağ müharibəsi zamanı ölkəmizin üzləşdiyi problemlərdən və Azərbaycan torpaqlarında ermənilərin törətdiyi cinayətlərdən söz açan natiqlər uşaqların yaşadığı acınacaqlı taledən danışıblar. Vurğulanıb ki, münaqişə zamanı işğalçı dövlət tərəfindən əsas hədəflərdən biri elə dinc əhali və uşaqlar olub.

Bildirilib ki, yeni nəşr hər sətrindən qan daman sənədlər toplusudur. Kitabın səhifələrindən şəhid olmuş, itkin düşmüş uşaqların, hələ dil açmamış həyatına son qoyulan körpələrin məhv edilmiş taleyi boylanır. Bu körpələrin, yeniyetmə uşaqların həyatını məhv edən isə dünya qarşısında özünü soyqırımına məruz qalmış xalq kimi tanıdan, yalandan göz yaşları tökən Ermənistan hakimiyyəti və ermənilərin faşist xislətli havadarlarıdır.

Qeyd olunub ki, kitab müharibə qurbanları ilə bağlı məsələlərin və ermənilər tərəfindən humanitar normaların pozulması faktlarının öyrənilməsində böyük əhəmiyyət daşıyır.

Sonra Fikrət Qoca fikir və düşüncələrini görüşüb və “Ön söz” yazdığı kitabın əhəmiyyətindən danışıb. Deyib ki, bu kitab qisas üçün deyil, yaddaş üçündür. Xalq şairi bildirib ki, kitab Azərbaycan dili ilə yanaşı, ingilis, fransız və alman dillərində hazırlanıb.

Sonda şair iştirakçıların suallarını cavablandırıb.

# 3629 dəfə oxunub

Oxşar xəbərlər

"Peaky Blinders" üslubunda 40 milyonluq soyğun:  Avropol serb qadını axtarışa verdi

"Peaky Blinders" üslubunda 40 milyonluq soyğun: Avropol serb qadını axtarışa verdi

10:11 6 noyabr 2026
Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər