Aygün Kazımovanın konserti olub

Aygün Kazımovanın konserti olub
3 iyun 2019
# 08:55

İyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında Xalq artisti Aygün Kazımovanın konserti keçirilib. O, “Aygün şou” adlı proqramda sevilən mahnılarını təqdim edib.

ONA xəbər verir ki, Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf edən proqramda məşhur müğənni səhnəni, həmçinin balacalarla bölüşüb.

Bu günə xüsusi olaraq hazırlanan şouda Aygün Kazımova 60-dan çox nağıl və film qəhrəmanının iştirakı, peşəkar rəqqasların müşayiəti ilə çıxış edib. Müğəninin illərdir sevilən mahnıları, eləcə də yeni repertuardan olan nəğmələri xüsusi hazırlanan kuklalar və rəqs nömrələrinin iştirakı ilə təqdim edilən şouda yeni çalar alıb.

Heydər Əliyev Mərkəzinin parkında ilk dəfə olaraq təqdim edilən şou parkda dincələnlərin - uşaqdan böyüyə hər kəsin marağına səbəb olub.

# 3006 dəfə oxunub

Oxşar xəbərlər

“Prezidentə sui-qəsd” kitabının təqdimatı keçiriləcək

“Prezidentə sui-qəsd” kitabının təqdimatı keçiriləcək

14:01 10 fevral 2026
Reza Deqatinin “Yüksələn işıq”   sərgisi açıldı

Reza Deqatinin “Yüksələn işıq” sərgisi açıldı

13:05 10 fevral 2026
Toydan çıxarkən bıçaqlandı - Davulçu keçmiş sevgilisindən şikayətçidir

Toydan çıxarkən bıçaqlandı - Davulçu keçmiş sevgilisindən şikayətçidir

12:39 10 fevral 2026
Xalq yazıçısı Elmira Axundova ilə görüş keçiriləcək

Xalq yazıçısı Elmira Axundova ilə görüş keçiriləcək

12:25 10 fevral 2026
Qumar masasında uduzulan şah əsər  - Qadınlar yaraşıqlı zabitləri qoyub niyə Puşkinə qaçırdılar?

Qumar masasında uduzulan şah əsər - Qadınlar yaraşıqlı zabitləri qoyub niyə Puşkinə qaçırdılar?

12:00 10 fevral 2026
Dövlət niyə bir nəfərin iradəsinə buraxılmamalıdır? - Monteskye

Dövlət niyə bir nəfərin iradəsinə buraxılmamalıdır? - Monteskye

12:00 10 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər