“Azdrama”nın direktoru Monteneqro nümayəndələri ilə görüşdü

“Azdrama”nın direktoru Monteneqro nümayəndələri ilə görüşdü
20 may 2015
# 14:54

Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq elmləri doktoru, professor İsrafil İsrafilov Monteneqro Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Branko Miliç və Monteneqronun UNESCO üzrə baş katibi Mariya Raznatoviçlə görüşüb. Kulisin məlumatına görə teatrın direktoru İsrafil İsrafilov Şərqdə ilk Avropa tipli peşəkar teatr olan Azərbaycan teatrının tarixi, keçdiyi inkişaf yolu, qazandığı uğurlar haqqında ətraflı məlumat verib.

Bu gün mədəniyyət sahəsinə olan müntəzəm qayğıdan söz açan direktor teatrın beynəlxalq əlaqələrindən danışaraq, bu gün dünya teatr məkanına inteqrasiyanı fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirən Azərbaycan teatrının ölkə hüdudlarından kənara çıxdığını və Avropada tanındığını vurğulayıb.

Görüşdə Azərbaycan və Monteneqro arasında mədəni münasibətlərin, teatr əlaqələrinin mövcud durumu və gələcək perspektivləri müzakirə olunub, iki ölkənin teatrları arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması, qarşılıqlı qastrol səfərlərinin, rejissor, aktyor, rəssam, həmçinin pyes mübadiləsinin həyata keçirilməsi, birgə teatr layihələrin gerçəkləşdirilməsi ilə bağlı danışıqlar aparılıb.

Baş katib Mariya Raznatoviç Azərbaycanda mədəniyyətin bütün sahələrinin, o cümlədən teatr sənətinin inkişafı istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb.

Səfir Branko Miliç və baş katib Mariya Raznatoviç Azərbaycan mədəniyyəti ilə tanışlıqdan məmnunluqlarını bildirib, bütün sahələrdə, o cümlədən teatr sahəsində iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səy göstəriləcəyini qeyd ediblər.

Əldə olunan razılığa əsasən, tezliklə Azərbaycan və Monteneqro teatrları arasında daha sıx və davamlı əməkdaşlıq əlaqələrinin qurulmasına xidmət edəcək niyyət protokolunun imzalanması nəzərdə tutulub. İsrafil İsrafilovun qarşılıqlı tamaşa, pyes və mütəxəssis mübadiləsi haqqında təklifi müsbət qarşılanıb və ilkin mərhələ kimi, Akademik Milli Dram Teatrının Monteneqroya qastrol səfərinin təşkili planlaşdırılıb.

# 2779 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyəli müğənni “Qremmi”nin jürisinə seçildi

Türkiyəli müğənni “Qremmi”nin jürisinə seçildi

12:49 7 avqust 2026
Damla-damla yoxa çıxan zövqümüz...  — O izdiham bir-birini tapdalayaraq hara çatmağa tələsirdi?

Damla-damla yoxa çıxan zövqümüz... — O izdiham bir-birini tapdalayaraq hara çatmağa tələsirdi?

12:30 7 avqust 2026
Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

11:50 7 avqust 2026
Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

10:50 7 avqust 2026
26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun  siyahısına daxil edildi

26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun siyahısına daxil edildi

10:26 7 avqust 2026
Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər