Mən niyə riyaziyyat müəllimi olmadım?

Mən niyə riyaziyyat müəllimi olmadım?
12 mart 2015
# 13:40

Orta məktəbin son siniflərində oxuduğum vaxtların, demək olar ki, hər günündən şəklim var.

O zaman smartfon-filan yox idi.

Söhbət 90-ların əvvəllərindən gedir.

Bilirsiniz niyə?

Çünki mənim sinif rəhbərim - riyaziyyat müəllimim işdən sonra bulvardakı attraksionların birinin yanında fotoqraflıq edirdi.

Məktəbdə də şəkillərimizi elə o çəkirdi.

Müəllimimin riyazi biliklərinə, dərs metodikasına zərrə qədər söz ola bilməzdi.

Evarist Qalua haqqında əsəri də mənə o oxutmuşdu – səhəri gün öləcəyini bilə-bilə əvvəlki gecə oturub ancaq riyazi tənliklər həll edən o gənc haqqında...

Müdrik məsəlləri var idi.

Plyonkaya tənliklər yazar, onları proyeksiyada bizə göstərərdi.

Riyaziyyat kabinetimiz üçün kalkulyatorların alınmasına da nail olmuşdu.

Amma peşə seçmək gələndə mən riyaziyyatı seçmədim.

“Birdən müəllim işləyəsi olaram, onda..?”

Çünki mən işdən sonra fotoqraf işləmək istəmirdim.

Heç bacımın coğrafiya müəlliməsi kimi aeroportdan mayka-tuman alıb üstünə bir neçə manat (onda rubl) qoyub satan da deyildim.

Coğrafiya müəlliməsi dedim, yadıma düşdü…

Təsəvvür edirsinizmi, gündüz öz vətəninin altında və üstündə yerləşən təbii sərvətlərdən şagirdlərinə danışırsan.

Axşam da aeroport sumkanı qoltuğuna vurub, düşürsən şagirdlərinin qapısına…

Bax elə buna görə, mən “NarXoz”-a (indiki İqtisad Universitetinə) sənəd vermədim.

Nə isə…

Nə başınızı ağrıdım.

Özümə əl işimdən qonorar ala biləcəyim bir peşə seçdim.

Amma indi istəyirəm ki, uşaqlarıma gözlərində böyük görünən, həyatından dərs ala biləcəyi müəllimlər dərs desin.

Ona görə də çalışmalıyıq.

Çalışaq ki, müəllim ancaq müəllimlik etsin!

Onda hər peşə sahibi öz yerini tapacaq.

# 2786 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər