Məmməd Arazın xatirəsi anılıb

Məmməd Arazın xatirəsi anılıb
14 oktyabr 2019
# 19:08

Bu gün Xalq şairi Məmməd Arazın doğum günüdür. Bu münasibətlə şeirsevərlər, şairin qələm yoldaşları, yaxınları Fəxri xiyabana gələrək görkəmli şairin məzarını ziyarət edib, qəbri üstünə tər güllər düzüblər.

Anım mərasimində çıxış edən tədqiqatçı-şair Qardaşxan Əzizxanlı Məmməd Araz poeziyasının bənzərsizliyindən söz açıb. Bildirib ki, Azərbaycanın taleyinə biganə olmayan hər kəs Məmməd Arazın poeziyasını öyrənir və sevir, ona istinad edir. Çünki onun yaradıcılığında ölkəmizin coğrafi, mənəvi taleyi yaşayır. Son illər Məmməd Arazın poeziyası gəncləşir və onun oxucu auditoriyası daha da genişlənir. Onun poeziyası insan ruhuna sanki qida verir və yeni-yeni üfüqlərə çatmağa sövq edir. Məmməd Araz yaradıcılığının baş qəhrəmanı Azərbaycandır. Onun “Vətən mənə oğul desə”, “Məndən ötdü, qardaşıma dəydi”, “Mənim Naxçıvanım”, “Ata ocağı”, “Ana yurdum, hər daşına üz qoyum” şeirləri vətən mövzusunda ən yaxşı əsərlər kimi dillər əzbəridir. Poeziyamızda Azərbaycan mövzusunda çox yazılıb. Azərbaycana çoxlu şeirlər ithaf olunub. Amma Məmməd Arazın “Azərbaycan – dünyam mənim” şeirinin bənzəri yaradılmayıb. Bu şeirin bütün intonasiyası şair qəlbinin ağrılarından, fəal vətəndaş narahatlığından keçir. Şeir yaradıcılığında olduğu kimi, poemaları ilə də Məmməd Araz təkrarsızdır. Onun “Üç oğul anası”, “Araz axır”, “Mən də insan oldum”, “Paslı qılınc”, “Əsgər qəbri”, “Atamın kitabı” poemaları hər şeydən əvvəl insan mənəviyyatının mürəkkəbliyi, tarix və müasirlik, milli tale və tarixi yaddaşın bərpası kimi fundamental məsələlərə həsr olunub.

Tanınmış şairi Şair Yusif Həsənbəy Məmməd Arazla görüşlərindən danışıb, xatirələrini bölüşüb.

Ədibin yaradıcılığına toxunan yazıçı Seyran Səxavət bildirib ki, Məmməd Arazın şeirləri yaşlı təbəqəni cavanlaşdırır, gəncləri isə müdrik olmağa çağırır.

Çıxışlarda vurğulanıb ki, dərin məzmunlu, oxunaqlı və milli mündəricəli şeirlərilə Məmməd Araz vətəndaş qeyrətli ədəbiyyat nəhəngidir. Bu görkəmli şair həm də milli azadlıq ideyalı əsərlərilə istiqlal şairi olaraq əbədi şöhrət qazanıb.

Anım günündə Məmməd Arazın bir neçə şeir söylənilib və sözlərinə yazılmış “Qızlar bulağı” mahnısı ifa olunub. /azertag.az/

# 4172 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər