Brodskinin ev muzeyi açılacaq

Brodskinin ev muzeyi açılacaq
13 iyul 2018
# 11:18

Sankt-Peterburq şəhərində böyük rus şairi və dramaturqu İosif Brodskinin ev muzeyi açılacaq.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, bu təşəbbüs tanınmış sahibkar Maksim Levçenkodan gəlib. O, ötən bazar ertəsi Liteyno prospekti 24-də yerləşən məşhur Muruzi binasındakı dörd otaqlı evi girovdan çıxararaq 35 milyon rubla satın alıb. Xatırladaq ki, həmin binada vaxtilə Aleksandr Blok, Nikolay Qumilyov kimi məşhur insanlar yaşayıblar. Brodksi isə orada 1955-ci ildən 1972-ci ilə - Rusiyanı tərk edənə qədər yaşamışdır.

Levçenko öz fəaliyyəti barədə bunları deyib: "Biz bu muzeyi niyə də yaratmayaq? Hələ ki, bizdə Brodskinin ev muzeyi yoxdur. Baxmayaraq ki, o, görkəmli şəxsiyyət, Nobel laureatı, dünya masştabında tanınmış şairdir."

Muzeyin konsepsiyasının işlənməsi üçün avqustun 1-də müsabiqə elan olunacaq.

# 2528 dəfə oxunub

Oxşar xəbərlər

“Bəhram Mansurov. Biblioqrafiya”  kitabının təqdimatı oldu

“Bəhram Mansurov. Biblioqrafiya” kitabının təqdimatı oldu

17:30 22 iyun 2026
Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

17:00 22 iyun 2026
"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

16:39 22 iyun 2026
Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

15:52 22 iyun 2026
Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı  adına layiq görüldü

Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı adına layiq görüldü

14:30 22 iyun 2026
Bülbül:  Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

Bülbül: Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

14:00 22 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər