Rəsulzadə haqqında kitab çıxdı

Rəsulzadə haqqında kitab çıxdı
30 may 2018
# 17:33

“Məmməd Əmin Rəsulzadə: siyasi portret” kitabı çapdan çıxıb.

TEAS Press Nəşriyyat Evindən Kulis.aza verilən məlumata görə kitab Məmməd Əmin Rəsulzadənin həyatına və siyasi fəaliyyətinə həsr olunub.

Tədqiqat əsərində Məmməd Əmin Rəsulzadənin siyasətə gəldiyi ilk günlərdən mühacirət həyatına qədər davam edən fəaliyyətinin müxtəlif dövrləri işıqlandırılır. Əsərdə onun keşməkeşli həyat sürməsinə baxmayaraq, son nəfəsinədək milli ideallar uğrunda prinsipial mübarizə aparması öz əksini tapıb.

Kitabda M.Ə.Rəsulzadənin 1917-1920-ci illərdəki fəaliyyətinə xüsusi yer ayrılıb. Bu illərdə Azərbaycan türklərinin azadlıq mübarizəsinin lideri olan Məmməd Əmin Rəsulzadə təkcə milli hərəkatın strateji xəttini müəyyənləşdirməklə kifayətlənməyərək, müsəlman Şərqində ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və möhkəmlənməsi prosesinə bilavasitə rəhbərlik edib.

Əsərdə M.Ə.Rəsulzadənin mühacirət həyatının bir çox qaranlıq səhifələri son dövrlərdə müxtəlif ölkələrin arxivlərində aşkarlanmış tarixi sənədlər əsasında tədqiq olunub. M.Ə.Rəsulzadənin Azərbaycan və Qafqaz mühacirlərinin müxtəlif nümayəndələri ilə heç də hamar olmayan münasibətlərinə, onun sovet imperiyasının məzlum xalqlarının birliyinə nail olmaq, beləliklə, bolşevik rejimi ilə mübarizədə onların vahid cəbhəsini formalaşdırmaq istiqamətindəki səylərinə xüsusi önəm verilir.

Kitabın müəllifi Cümhuriyyət tarixinin araşdırıcısı, tarix elmləri doktoru Aydın Balayevdir. O hələ SSRİ zamanında Azərbaycan Xalq Cümhuriyyəti barədə çıxan ilk kitablardan birinin müəllifidir. Daha sonra onun bir çox ölkələrdə – Rusiya, Almaniya və ABŞ-da kitabları və elmi məqalələri nəşr olunub. Müəllifin “TEAS Press” Nəşriyyat evi tərəfindən nəşr edilən “Məmməd Əmin Rəsulzadə: siyasi portret” əsəri nəşriyyatın “Məşhurların həyatı” adlı yeni seriyasından ilk kitabdır. Türkiyədə nəfis şəkildə çap edilən əsər rus dilindədir. Nəşriyyat gələcəkdə bu seriyadan digər məşhurların da həyatı və fəaliyyəti ilə bağlı kitabların nəşrini planlaşdırır.

# 3062 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər