Cəlil Cavanşir təhdid edilir

Cəlil Cavanşir təhdid edilir
15 dekabr 2016
# 13:54

A24.Az-ın baş redaktoru şair Cəlil Cavanşir təhdid edilir. Kulis.azın A24.Az saytına istinadən verdiyi məlumata görə bu barədə şair özünün sosial şəbəkədəki hesabında yazıb.

Baş redaktor “Facebook” hesabında bunları qeyd edib:

“Əslində bu barədə yazmaq istəmirdim, sadəcə məsələ kifayət qədər ciddi olduğu üçün narahatlığımı sizlərlə də bölüşmək istəyirəm. Xüsusilə bu ərəfədə həyatımla bağlı nələrinsə ictimailəşməsi ürəyimcə deyil.

Təxminən 15 gündür ki, sosial şəbəkələrdən, konkret İnstagram və Facebook-dan təhqir, təhdid və şantaj mesajları alıram. Əsasən gecə saatlarında gizli nömrədən zənglər gəlir. Zəng edənlər bəzən kişi, bəzən qadın olur. Asta səslə danışırlar. Adətən ya birbaşa söyürlər, ya da, tanıdığım şəxslərlə, doğmalarımla bağlı iyrənc ifadələr işlədirlər.

Sosial şəbəkələrdə adətən profilimi ələ keçirmək cəhdləri hiss edirəm. Göndərilən spamlar gah səs yazısı, gah da hansısa link olur.

Ötən həftə eks həyat yoldaşıma da gizli nömrədən zəng edib övladlarımla bağlı təhdid ediblər. Bu artıq çox ciddi məsələdir.

Bu adam və ya adamlar kimdirsə, harda, hansı məkanda kimlərlə olduğumu bilirlər. Çünki yazılan mesajlarda, edilən zənglərdə bunu hiss etdirirlər.

Bu gün isə konkret olaraq izlənildiyimi hiss etdim. Daha doğrusu eyni vaxtda həm izlənilirdim, həm də Facebook-dan şantaj və təhqir dolu mesaj alırdım.

Xülasə!

Bununla bağlı polisə şikayət edə bilərəm. Amma, hələ tələsmirəm. Mənim heç kəslə problemim yoxdur, “heç kəsin toyuğuna kiş deməmişəm”. Amma müqəddəs adam da deyiləm. Bəlkə bilmədən, fərqində olmadan kiminsə, kimlərinsə qəlbini qırmışam. Kiminsə mənimlə problemi varsa, açıq nömrədən zəng etsin, harda istəsəniz görüşməyə, narahatlığınıza aydınlıq gətirməyə, səhvim varsa cavab verməyə hazıram. Əgər varsa düşmənim də mərd olsun istəyirəm.

Yox, əgər bu sadəcə qısqanclıq zəminində, məni sevməməkdən irəli gələn bir şeydirsə, yenə anlayaram. Bunu edən adamı da başa düşərəm. Daha sivil yolla hər şeyi həll etmək mümkündür.

Problemi polislə həll etmək istəmirəm.

Amma əgər başıma xoşagəlməz bir hadisə gələrsə və yaxud övladlarımla bağlı azacıq da olsa təhlükə hiss edərəmsə polisə şikayət etməyə məcbur olacağam”.

# 3076 dəfə oxunub

Oxşar xəbərlər

“Bəhram Mansurov. Biblioqrafiya”  kitabının təqdimatı oldu

“Bəhram Mansurov. Biblioqrafiya” kitabının təqdimatı oldu

17:30 22 iyun 2026
Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

17:00 22 iyun 2026
"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

16:39 22 iyun 2026
Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

15:52 22 iyun 2026
Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı  adına layiq görüldü

Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı adına layiq görüldü

14:30 22 iyun 2026
Bülbül:  Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

Bülbül: Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

14:00 22 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər