Bakı caz günləri başlayıb

Bakı caz günləri başlayıb
11 iyun 2019
# 14:22

Artıq üçüncü ildir paytaxtımızda bir ənənəyə çevrilmiş “Baku Summer Jazz Days” (Bakı yaz caz günləri) festivalı dünya ulduzlarının iştirakı ilə konsertlər silsiləsi keçirir.

Kulis.az xəbər verir ki, iyunun 10-da Beynəlxalq Muğam Mərkəzinin səhnəsində məkan alan “Baku Summer Jazz Days” festivalının ilk konsertində müasir caz aləmində yaxşı tanınmış şeypur ifaçısı Erik Truffazın kvarteti dinləyicilərə təqdim edilib. Zərb alətlərində Artur Hnatek, bas-gitaraçı Marçello Guiliani, piano və elektron-dilli alətlər ifaçısı Patrik Müller ilə zəngin proqram təqdim edərək, Erik Truffaz müasir caz aləminin aparıcı üslub təmayülləri – drum-n-base, fusion, jazz-rock və digərlərini qovuşduran zəngin proqramla bakılı dinləyicilərin hərarətli alqışlarını qazanıb.

Erik Truffaz öz kvarteti ilə hazırda Avropanın şərəflə qarşılanan proqressiv ifaçılarındandır. Hər dəfə bir-birindən fərqli layihələri təqdim edib, caz həvəskarlarına böyük zövq verən musiqi bəxş edir.

Beynəlxalq Muğam Mərkəzində Erik Truffazın ilk konserti festivalın əlamətdar caz axşamı və müqəddiməsi kimi yadda qalacaq.

Qeyd edək ki, festivalın təşəbbüskarı, bədii rəhbəri və təşkilatçisi “Premier LTD Art Management” prodüser agentliyi və onun direktoru Nəzakət Qasımovadır. Mədəniyyət Nazirliyinin dəstəyi ilə şəhərin ən mərkəzi zal və meydanlarında keçirilən bu festival iyunun 15-dək davam edəcək.

# 3035 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər