UNESCO-da Novruz təntənəsi

UNESCO-da Novruz təntənəsi
20 mart 2019
# 09:23

Parisdə, UNESCO-nun mənzil-qərargahında Azərbaycan, Əfqanıstan, İran, İraq, Türkiyə, Türkmənistan, Qazaxıstan, Tacikistan, Pakistan və Hindistanın bu qurumun yanındakı daimi nümayəndəliklərinin təşəbbüsü ilə Novruz bayramı təntənə şəkildə qeyd olunub.

Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva və Xalq artisti Alim Qasımov da tədbirdə iştirak ediblər.

İranın UNESCO yanındakı daimi nümayəndəsi Ə.Calali çıxış edərək Novruz bayramı və onun mənəvi əhəmiyyətindən danışıb. O, UNESCO-nun mənzil-qərargahında konsert vermək üçün dəvət olunan Azərbaycanın Xalq artisti Alim Qasımovu təqdim edib, görkəmli xanəndənin fəaliyyəti barədə məlumat verib.

A.Qasımov tədbirin iştirakçılarını muğamla salamlayıb, Novruz bayramı münasibətilə onları təbrik edib.

UNESCO baş direktorunun mədəniyyət işləri üzrə müavini Ernesto Ottone Ramirez tədbirdə çıxış edərək Novruz bayramının 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salındığını, BMT Baş Məclisinin qərarı ilə hər il martın 21-nin Beynəlxalq Novruz Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb.

Tədbirdə Novruz bayramının xalqların zəngin milli-mənəvi dəyərlərini, tarixi adət-ənənələrini qoruyub saxladığı vurğulanıb. Novruz bayramının sülh, həmrəylik kimi ümumbəşəri dəyərləri əks etdirdiyi, nəsildən-nəslə ötürülən milli mənsubiyyət nümunəsi olduğu diqqətə çatdırılıb. Bildirilib ki, ruzi-bərəkət bayramı kimi qeyd edilən Novruzun yazın gəlişindən, təbiətin oyanışından xəbər verir.

Bayram tədbirində təşkilatçı ölkələrin milli musiqiləri və rəqsləri ifa edilib.

Sonda təşkil olunan ziyafətdə Azərbaycan milli mətbəxinin ləziz nümunələri də təqdim olunub. /azerta.az/

# 4194 dəfə oxunub

Oxşar xəbərlər

Skorsezenin məşhur filmi haqqında sənədli layihə yayımlanacaq

Skorsezenin məşhur filmi haqqında sənədli layihə yayımlanacaq

13:30 21 sentyabr 2026
Ramana qəsrində muzey fəaliyyətə başladı

Ramana qəsrində muzey fəaliyyətə başladı

13:13 21 sentyabr 2026
"Kim tənqid edir, özü bilər" -  Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı

"Kim tənqid edir, özü bilər" - Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı

13:09 21 sentyabr 2026
Şahzadə Diananın qardaşı ilə Kral Çarlz arasında gərginlik

Şahzadə Diananın qardaşı ilə Kral Çarlz arasında gərginlik

13:00 21 sentyabr 2026
Arxeologiya Muzeyləri kompleksində yenidənqurma işləri yekunlaşdı

Arxeologiya Muzeyləri kompleksində yenidənqurma işləri yekunlaşdı

12:30 21 sentyabr 2026
Alim Qasımov:  "Üzeyir Mehdizadə ilə duetimizin belə qarşılanacağını təxmin edirdim, ancaq..." - Müsahibə

Alim Qasımov: "Üzeyir Mehdizadə ilə duetimizin belə qarşılanacağını təxmin edirdim, ancaq..." - Müsahibə

12:18 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər