Toğrul Nərimanbəyov anıldı

Toğrul Nərimanbəyov anıldı
14 iyun 2018
# 17:54

Milli İncəsənət Muzeyində mərhum xalq rəssamı Toğrul Nərimanbəyovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

APA-nın xəbərinə görə, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov T. Nərimanbəyovun həyat və yaradıcılığı haqda tədbir iştirakçılarına ətraflı məlumat verib. O bildirib ki, T. Nərimanbəyov müasir Azərbaycan təsviri sənətinin yetişdirdiyi böyük şəxsiyyətlərdəndir.

A. İbrahimov Toğrul Nərimanbəyovun sovet vaxtı SSRİ xalq rəssamı adına layiq görülən üç azərbaycanlı rəssamdan biri olduğunu diqqətə çatdırıb: "Toğrul istedadlı rəssam, görkəmli incəsənət xadimi, həm də böyük şəxsiyyət idi. Onun həm də gözəl səsi vardı. Toğrul böyük sənətkar olub. O, çağdaş Azərbaycan təsviri sənətində öz rənglərini tapıb, öz yolunu, öz dəst-xəttini yarada bilib. Toğrulu yaratdığı rəsm əsərləri yaşadırdı".

Tədbir musiqi proqramı ilə davam etdirilib.

Qeyd edək ki, Toğrul Fərman oğlu Nərimanbəyov 1930-cu ildə anadan olub. 1950-ci ildə Ə. Əzimzadə adına rəssamlıq məktəbini, 1955-ci ildə isə Vilnüs şəhərində Litva Dövlət Rəssamlıq İnistitutunu bitirib. 1950-ci ildən etibarən bir çox yerli və beynəlxalq sərgilərdə iştirak edib. 1955-ci ildə SSRİ Rəssamlar İttifaqına üzv qəbul edilib. 1964-cü ildə Azərbaycan SSR-in əməkdar, 1967-ci ildə isə xalq rəssamı fəxri adlarına, 1974-cü ildə Azərbaycan SSR-in, 1980-ci ildə isə SSRİ-nin dövlət mükafatına layiq görülüb. 1989-cu ildə SSRİ xalq rəssamı adını alıb. T. Nərimanbəyov Azərbaycanın "İstiqlal" və "Şərəf" ordenləri ilə təltif edilib. O, 2013-cü ildə Fransada vəfat edib.

# 2692 dəfə oxunub

Oxşar xəbərlər

“Bəhram Mansurov. Biblioqrafiya”  kitabının təqdimatı oldu

“Bəhram Mansurov. Biblioqrafiya” kitabının təqdimatı oldu

17:30 22 iyun 2026
Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

17:00 22 iyun 2026
"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

16:39 22 iyun 2026
Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

15:52 22 iyun 2026
Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı  adına layiq görüldü

Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı adına layiq görüldü

14:30 22 iyun 2026
Bülbül:  Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

Bülbül: Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

14:00 22 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər