Özbək ulduzlar Bakıda

Özbək ulduzlar Bakıda
18 sentyabr 2019
# 12:42

Müstəqillik tarixində ilk dəfə olaraq Özbək ulduzlar Uluqbek Raxmatullayev və Yulduz Turdiyeva Azərbaycanda konsert proqramı ilə çıxış edəcəklər.

Cari ilin 22, 23 noyabr tarixlərində Heydər Əliyev Sarayında Özbək musiqisinin dünya şöhrətli ulduzları, Özbəkistanın Əməkdar artistləri, "Nixol” Dövlət mükafatı laureatları Uluqbek Raxmatullayev və Yulduz Turdiyeva möhtəşəm konsert proqramı ilə çıxış edəcəklər.

"Özbəkistandan sevgilərlə” adlı konsert proqramının "Özbəkistandan qonaqları Azərbaycan Respublikasının Xalq artisti Mənsum İbrahimov, tanınmış meyxanaçı Tərlan Novxanı olacaqdır. Konsert proqramına Özbəkistanın "First Art Media” və "ARTEL” şirkətlərinin təşkilati dəstəyi ilə keçiriləcəkdir.

Qeyd edək ki, müstəqillik tarixində Özbək müğənnilərinin Azərbaycanın ən aparıcı konsert sarayında çıxışı ilk dəfədir ki, təşkil olunur və konsert proqramına böyük maraq olması gözlənilir.

Soykökü, dini, mədəniyyəti, adət və ənələri eyni olan xalqlarımız üçün bugünlərdə daha bir əlamətdar hadisə baş verdi.

Qardaş Özbəkistan Türk Əməkdaşlıq Şurasına üzv olmaq üçün rəsmi müraciət etdi.

Özbək musiqisinin ulduzu Yulduz Turdiyeva Azərbaycan musiqisevərlərinə müraciət edərək onlarla qeyd olunan tarixdə Heydər Əliyev Sarayında görüşməyi səbirsizliklə gözlədiyini bildirib. Yulduz Turdiyeva Azərbaycan səhnəsinin onlar üçün mühüm və doğma olduğunu qeyd edərək, məhz Bakıda Beynəlxalq Muğam Festivalında çıxışı və burada qələbə qazanmasının onun karyerasında dönüş nöqtəsi olduğunu vurğulayıb.

Qeyd edək ki, Yulduz Turdiyeva muğamla yanaşı, estrada janrına üstünlük verir və son zamanlar onun Özbəkistan səhnəsində çıxışı olduqca anşlaqla keçir.

Özbəkistanın gənc estrada ulduzu, istedadlı artist Uluqbek Raxmatullayev Almaniya, Türkiyə, ABŞ, Rusiya səhnəsində uğurla çıxış etdiyini, qardaş Azərbaycan səhnəsinin daha doğma və onun üçün mühüm olduğunu qeyd edib. Bakıda çoxlu dostlarının, pərəstişkarlarının olduğunu söyləyən gənc estrada ulduzu Bakı səhnəsini səbirsizliklə gözlədiyini vurğulayıb.

Qardaş ölkənin hər iki ulduzu Uluqbek Raxmatullayev və Yulduz Turdiyeva Azərbaycanlı izləyicilərini, pərəstişkarlarını konsert proqramına dəvət etmişlər. /artkaspi.az/

# 5481 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər