Qadınlarımızın səhvi

Qadınlarımızın səhvi
8 avqust 2019
# 18:18

Bahar Camal

Bəzən düşünürəm ki, "Ay bacı" müraciəti ilə başlayan cümlələr, söhbətlər bizim sonumuzu hara aparır? Bir zamanlar zalımları qana doyurmağı bacaran, ciddi söhbətlərin əsas mərkəzində olan qadınlarımız necə oldu ki, "Ay bacı" ilə başlayan cümlələr quran birinə çevrildilər? Şərqdə ilk dəfə seçmə haqqı verilən Azərbaycan qadını axı niyə az qala hər şeydən imtina etdi?


Son bir neçə ildə qadınların sevimli müzakirəsinə çevrilən mövzulardan biri də budur ki, "ay bacı, filankəs elə yaxşı arvaddır. Halal olsun elə ona. O de camaat öz uşağına sahib çıxmır, amma həmən o qadın ərinin Rusyətdən gələn uşağını belə basıb bağrına. Deyib elə o da mənim bir balam."

Ən çox da bu hallar , "Bizimləsən", "Sən tək deyilsən" və s. tipli xalqı mənəviyyatsızlığa sürükləməyə istiqamətlənmiş TV proqramlarının gündəmə gəlməsindən sonra başlandı. İlk dəfə bu danışıqlarda insanı alçaldaraq yüksəltməyi gördüm. Dul qadının ikinci dəfə ailə qurması belə (hələ-hələ uşağı varsa) bir çoxları üçün dəhşətli bir hal olduğu, " qızmışlıq" adlandırıldığı bir yerdə qadının ona olunan xəyanətin meyvəsini bağrına basması qoçaqlıq sayılır.


Düşünmürəm ki, qadınların özlərini bu qədər əzdirməklərinin, yox saymaqlarının tək səbəbkarı kişilərdir. Bunda qadınların da payı az deyil. Məncə birbaşa günahkar qadınların özləridi. Çünki kişini böyüdən qadındı, anadı, həyat yoldaşıdı. Qadını əzdirən isə məhz elə qadındı. Qadınlardan daha çox oğlanlarla dostluq etməyi sevdiyim üçün qadınların söhbətlərini sadəcə dinləməyi sevirəm. Dinlədiyim mövzulardakı hadisələrin əksəriyyəti də aşağıdakı kimi cərəyan edir:

Ana, xala, yaxın qadın, qohum-qonşular öz ərindən, onun qayğısızlığından şikayətlənən +25 yaşlı gəlinlərə verdiyi məsləhət bu tərzdə olur:

"Ay bala, boşanıb neyləyəcəksən? Ərə gedəcəksən iki uşaqla? Ağlını yığ başına. Axır çörəyini verir, suyunu verir, bir dəst paltarını alır. Otur uşaqlarını böyüt. Valla vaxt gələcək sən nə deyəcəksən onunla oturub-duracaq."

Çox zaman çatacaq o vaxt da 50 yaşdan sonra olur. Saça düşən dənlər, üzdəki qırışlar, gələcəyə elə də ümidlə baxmayan gözlər və sevgisiz keçən böyük bir ömür...

Qadınların özlərini bu qədər çarəsiz hala salmasının, sanki "ər" olmasa məhv olacaqlarmış kimi davranmasının bir neçə səbəbi var. Və məncə, bunlardan ikisi daha inandırıcıdı. Birincisi odur ki, qadınlar məsuliyyətdən qaçmağa can atır. Mən Türkiyədə oxuduğum vaxt müəllimimiz deyirdi ki, "Demokratiya vətəndaşlara daha çox məsuliyyət yükləyir. Oturub hər şeyi dövlətdən gözləmək olmaz". Yəni qadınlarımızda bir az tənbəllik var. Yemək bişirib, paltarı maşına atıb telefonda qonşunun gəlninə alınan qızıllardan qeybət etmək daha asanddı, nəinki illərlə təhsil alıb, maariflənib özünü inkişaf etdirmək. İkincisi isə Cümhuriyyətin yaranması ilə qadınlara azadlığın verilməsi, onların özlərinin mübarizə ilə almamasıdı. Yəqin ki, çoxunuz "Qazanılmış manat" hekayəsini bilirsiz .


Rəsulzadə deyirdi ki, " Əgər qadın aciz, öz haqlarından məhrum və cahildirsə millətin yarısı xəstə, iflic vəziyyətindədir.

Biz xəstə, iflic xalqlar sırasında olmayaq, Azərbaycan qadını inkişaf etsin, qursun-yaratsın və bir daha enməyəcək bayrağı uca tutacaq gənclər böyütsün. Məncə, Azərbaycan qadını əvvəl-axır ona verilən dəyəri anlayacaq. Bunun üçünsə tək çıxış yolu təhsildən və maarifdən keçir....

# 4142 dəfə oxunub

Oxşar xəbərlər

Benksi nəhəng heykəlin ona məxsus olduğunu rəsmən təsdiqlədi

Benksi nəhəng heykəlin ona məxsus olduğunu rəsmən təsdiqlədi

15:30 1 may 2026
Yazıçı oğlu dənizdə, özü isə dəm qazından boğulan akademik  – Onu hamıdan fərqləndirən nə idi?

Yazıçı oğlu dənizdə, özü isə dəm qazından boğulan akademik – Onu hamıdan fərqləndirən nə idi?

15:00 1 may 2026
Maykl Ceksonun həyatından bəhs edən filmin davamı çəkilir

Maykl Ceksonun həyatından bəhs edən filmin davamı çəkilir

13:50 1 may 2026
Venesiya Biennalesinin beynəlxalq münsiflər heyəti istefa verdi

Venesiya Biennalesinin beynəlxalq münsiflər heyəti istefa verdi

13:20 1 may 2026
Vatikanda Heydər Əliyev Fondu ilə birgə həyata keçirilən layihələrin təqdimatı keçirildi

Vatikanda Heydər Əliyev Fondu ilə birgə həyata keçirilən layihələrin təqdimatı keçirildi

13:10 1 may 2026
Beynəlxalq Xalça Festivalının açılışı oldu

Beynəlxalq Xalça Festivalının açılışı oldu

11:45 1 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər