Bir qrup mədəniyyət xadiminə mükafatlar təqdim edilib - Fotolar

Bir qrup mədəniyyət xadiminə mükafatlar təqdim edilib - <span style="color:red;">Fotolar
18 oktyabr 2019
# 13:02

Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə fəxri adlara, orden və medallara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdim edilməsi mərasimi keçirilib.

APA-nın xəbərinə görə, tədbir iştirakçılarını 18 Oktyabr – Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbrik edən Mədəniyyət naziri Əbülfəs Qarayev mədəniyyət və incəsənət sahəsində çalışan insanların Azərbaycanın müstəqilliyinin yaşaması üçün daim fəaliyyət göstərdiklərini, onu ölkə xaricində təmsil etdiklərini, gənc nəsillərə səylə ötürülməsində çalışdıqlarını, bununla da onun daimiliyini təmin etdiklərini bildirib.

Nazir qeyd edib ki, Mədəniyyət Nazirliyinin qurumlarında 70 minə qədər insan çalışmaqdadır.

Ə. Qarayev vurğulayıb ki, ölkədə təxminən 800 minə qədər insan yaradıcılıqla məşğuldur.

Onun sözlərinə görə, Nazirliyin qarşısında Azərbaycanda yaradıcılıq sənayesinin formalaşdırılması, bu sahənin dünya standartları səviyyəsinə qaldırılması dayanır.

Sonda mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim edilib.

# 3325 dəfə oxunub

Oxşar xəbərlər

İncəsənət xadimlərinə Prezident mükafatları verildi - Siyahı

İncəsənət xadimlərinə Prezident mükafatları verildi - Siyahı

16:35 7 may 2026
Mir Kamilin “Üfüqdə bir şəhər” kitabının təqdimatı keçiriləcək

Mir Kamilin “Üfüqdə bir şəhər” kitabının təqdimatı keçiriləcək

16:20 7 may 2026
İki sahilin kədəri: Əli Kərim və Qulu Ağsəs - Afaq Aras

İki sahilin kədəri: Əli Kərim və Qulu Ağsəs - Afaq Aras

15:10 7 may 2026
Edam cəzasına qarşı çıxıb gilyotinlə edam edilən feminist - O, Russoya necə cavab vermişdi?

Edam cəzasına qarşı çıxıb gilyotinlə edam edilən feminist - O, Russoya necə cavab vermişdi?

14:00 7 may 2026
Səməd Vurğunun 120 illik yubileyi qeyd edildi

Səməd Vurğunun 120 illik yubileyi qeyd edildi

13:40 7 may 2026
Azərbaycan karikatura sənətinin banisi kimdir?

Azərbaycan karikatura sənətinin banisi kimdir?

13:20 7 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər