Xalq yazıçısı Elmira Axundovanın yaradıcılıq gecəsi keçirildi - Foto

Xalq yazıçısı Elmira Axundovanın yaradıcılıq gecəsi keçirildi - Foto
12 fevral 2026
# 16:06

Azərbaycan Milli İncəsənət Muzeyi və Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın yaradıcılıq gecəsi keçirilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, tədbirin aparıcısı, tarix üzrə fəlsəfə doktoru, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova qeyd edib ki, tanınmış qələm ustası, ictimai xadim, səfir, Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın çox zəngin yaradıcılığı var.

“O, maraqlı və qeyri-adi həyat yolu keçib. Elmira xanım bədii publisistika janrında yazan yazıçıdır. Yazıçılar bu janra nadir hallarda müraciət edirlər. Bu gün hər birimiz üçün unikal imkan yaranıb ki, Xalq yazıçısı ilə birbaşa ünsiyyətdə olaq, onunla üzbəüz görüşək, təəssüratlarımızı bölüşək, suallar verək və yaradıcılıq planları ilə tanış olaq”, - o deyib.

Daha sonra çıxış edən Xalq yazıçısı Natiq Rəsulzadə Heydər Əliyev haqqında kitab yazmağın böyük xoşbəxtlik olduğunu qeyd edib: “Elmira xanımla uzun illərdir dostluq edirik. Onun haqqında çox danışmaq olar, amma mən əsasən, gördüyü işlərdən söz açmaq istəyirəm. Heydər Əliyev haqqında yazdığı altıcildlik kitab çox böyük zəhmətin nəticəsidir. Çünki Heydər Əliyev haqqında yazmaq böyük xoşbəxtlikdir”.

Tədbir bədii hissə ilə davam edib.

Sonda Xalq yazıçısı Elmira Axundova kitablarını tədbir iştirakçılarına hədiyyə edib.

# 93 dəfə oxunub

Oxşar xəbərlər

“Yeni ədəbiyyatı tanıyaq” layihəsində “Rəng mühəndisi”  romanı müzakirə ediləcək

“Yeni ədəbiyyatı tanıyaq” layihəsində “Rəng mühəndisi” romanı müzakirə ediləcək

17:25 12 fevral 2026
Kortasarın ölümünün arxasındakı dəhşətli sirr – İllər sonra açılan QİÇS qalmaqalı

Kortasarın ölümünün arxasındakı dəhşətli sirr – İllər sonra açılan QİÇS qalmaqalı

17:10 12 fevral 2026
Məryəm Ələkbərlinin rəsmlərindən ibarət sərgi keçiriləcək

Məryəm Ələkbərlinin rəsmlərindən ibarət sərgi keçiriləcək

16:40 12 fevral 2026
Enes Batur saxlanıldı

Enes Batur saxlanıldı

15:30 12 fevral 2026
"Ya rüşvət verməliyəm, ya da fahişəlik etməliyəm..." – Stalinə yazılan məşhur məktubun gizlinləri

"Ya rüşvət verməliyəm, ya da fahişəlik etməliyəm..." – Stalinə yazılan məşhur məktubun gizlinləri

14:50 12 fevral 2026
Sevgi məktublarını "isterika" adlandıran dahi - Kant bir qadını intihara necə təhrik etmişdi?

Sevgi məktublarını "isterika" adlandıran dahi - Kant bir qadını intihara necə təhrik etmişdi?

13:30 12 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər