Xalq rəssamının sərgisi keçirildi

Xalq rəssamı Mikayıl Abdullayev

Xalq rəssamı Mikayıl Abdullayev

22 dekabr 2021
# 18:20

Bu gün Milli İncəsənət Muzeyində Xalq rəssamı Mikayıl Abdullayevin 100 illik yubileyinə həsr olunmuş "Həyata sevgi ilə" adlı sərginin açılış mərasimi olub.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov deyib ki, Mikayıl Abdullayevin yaradıcılığı bütün dünyada tanınır.

Onun sözlərinə görə, rəssamın əsərlərinə baxanda Azərbaycan xalqına olan sevgisini görmək mümkündür: "Biz Mikayıl Abdullayevlə hər zaman fəxr etməliyik. Qısaca olaraq onun haqqında bu sözləri deyə bilərəm ki, o, rəssamlıq sənətini keyfiyyətcə yeni bir mərhələyə qaldıran sənətkar olub. Mikayıl Abdullayev hələ Sovet dövründə müxtəlif adlar, mükafatlar alıb. Bu nailiyyətlər təkcə Azərbaycan yox, Sovet İttifaqı miqyasında olan nailliyyətlərdir”.

Azərbaycanın müstəqilliyi dövründə də Mikayıl Abdullayevin yaradıcılığına böyük diqqət göstərildiyini vurğulayan nazir Ulu Öndər Heydər Əliyev tərəfindən "İstiqlal" ordeni ilə təltif edildiyini diqqətə çatdırıb: “Bu gün də onun yaradıcılığına daim diqqət göstərilir və təbliğ edilir. Bildiyiniz kimi Prezident İlham Əliyev Mikayıl Abdullayevin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Təsadüfi deyil ki, bu gün onun əsərləri dünyanın aparıcı muzey və qalereyalarında nümayiş olunur. Bu sərginin də adı təsadüfən belə seçilməyib. Bu ad onun prinsiplərini əks etdirir. Azərbaycan dövləti onun yaradıcılığını təbliğ edir, yeni nəsillərə ötürülməsinə çalışır. Bugünkü tədbirimiz də həmin məqsədlərə xidmət edir. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə rəssamın büstü də hazırlanıb".

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov M.Abdullayevin yaradıcılığı haqqında danışıb. O bildirib ki, M.Abdullayevin adı Azərbaycan incəsənət tarixinə qızıl hərflərlə yazılıb: "Mikayıl müəllim sözün əsl mənasında Azərbaycanın böyük şəxsiyyəti olub. O, çox adamlara kömək edib, çox sahələrdə fəaliyyət göstərib, bizim bu gün tanınan rəssamlarımızın müəllimi olub. Bununla bərabər o, teatrlarda, tərtibat işlərində çalışıb. Çox gözəl kitablar yaradıb. Mən bir rəssam kimi deyə bilərəm ki, Mikayıl müəllim böyük rəssam, əsl ziyalı, Azərbaycan üçün gecə-gündüz çalışan bir adam idi. Mikayıl Abdullayev bizim qəlbimizdə daim yaşayacaq".

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Qeyd edək ki, sərgi 2022-ci il martın 1-ə qədər davam edəcək.

# 2474 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış rejissorun 1 milyard dollarlıq muzeyi açılacaq

Tanınmış rejissorun 1 milyard dollarlıq muzeyi açılacaq

11:40 21 sentyabr 2026
Şakira uzun illər sonra İspaniyada konsert verdi

Şakira uzun illər sonra İspaniyada konsert verdi

11:20 21 sentyabr 2026
Muzeyin divarına zərər vuran şəxslər saxlanıldı

Muzeyin divarına zərər vuran şəxslər saxlanıldı

11:00 21 sentyabr 2026
"Həqiqi ilahə yerişindən bəlli olur... " - Vergilidən sitatlar

"Həqiqi ilahə yerişindən bəlli olur... " - Vergilidən sitatlar

10:30 21 sentyabr 2026
Ed Şeran: "Uşaqların həyatını itirməsi ürəyimizi parça-parça edir"

Ed Şeran: "Uşaqların həyatını itirməsi ürəyimizi parça-parça edir"

10:15 21 sentyabr 2026
20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə  şəhərləri günüdür

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

12:15 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər