Xalq artistinin 60 illik yubileyi munasibətilə benefis nümayiş olunacaq - Foto

Xalq artistinin 60 illik yubileyi munasibətilə benefis nümayiş olunacaq - Foto
7 mart 2024
# 17:05

Martın 10-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa, Xalq artisti Naibə Allahverdiyevanın 60 illik yubileyi munasibəti ilə “Gerçəkləşməyən arzular” adlı benefis nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, əsərin ideyası bir aktrisanın arzusunda olduğu, lakin ifa edə bilmədiyi rolları bir araya gətirib onlardan parçalar ifa etməkdir.

Benefisdə Uilyam Şeksprin “Romeo və Culyetta”, “Hamlet”, “Antoni və Kleopatra”, Cəfər Cabbarlının “Sevil”, Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” pyeslərindən istifadə edilib.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, səhnə tərtibatçısı Zəminə Elbir, musiqi tərtibatçısı Aygül Qurbanova, rejissor assisentləri Fuad Cavadzadə, Günay Qasımovadır.

Səhnə əsərində Xalq artisti Naibə Allahverdiyeva, Əməkdar artistlər Rasim Cəfər, Elnur Bəhramxan, aktyorlar Anar Seyfullayev, Ramil Məmmədov, Elşən Şıxəliyev, Elgün Yəhyayev, Könül Əbilova, Mirsənan Kazımlı, İlhan Sadıqov, Araz Pirimov iştirak edirlər.

Qeyd edək ki, Bakı Xoreqrafiya akademiyasının tələbələrinin də iştirak edəcəyi benefisdə rəqslərin quruluşu Əməkdar artist Nailə Məmmədzadəyə məxsusdur.

# 2296 dəfə oxunub

Oxşar xəbərlər

Süni intellekt aktrisası "nasazladı"

Süni intellekt aktrisası "nasazladı"

16:00 21 sentyabr 2026
Amerikalı repçi konsert gəlirini Fələstinə bağışlayacaq

Amerikalı repçi konsert gəlirini Fələstinə bağışlayacaq

15:30 21 sentyabr 2026
"Arxasıyca gedirəm, tale hara aparsa..." - Park Yaradıcılıq Akademiyasının ilk müdavimlərindən mətnlər

"Arxasıyca gedirəm, tale hara aparsa..." - Park Yaradıcılıq Akademiyasının ilk müdavimlərindən mətnlər

15:00 21 sentyabr 2026
Tanınmış aktrisanın oğlu vəfat etdi

Tanınmış aktrisanın oğlu vəfat etdi

14:30 21 sentyabr 2026
Stalinin dövründə türkoloqlara nə oldu? - Sovet sisteminin elm üzərində kölgəsi

Stalinin dövründə türkoloqlara nə oldu? - Sovet sisteminin elm üzərində kölgəsi

14:17 21 sentyabr 2026
Milli Kitabxanada Beynəlxalq Sülh Gününə həsr olunan kitab sərgisi açıldı

Milli Kitabxanada Beynəlxalq Sülh Gününə həsr olunan kitab sərgisi açıldı

14:15 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər