Xalq artisti Nəsibə Zeynalovanın xatirəsi yad edildi

Xalq artisti Nəsibə Zeynalovanın xatirəsi yad edildi
21 aprel 2026
# 14:00

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə görkəmli aktrisa, Xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 110 illiyi qeyd olunub.

Kulis.az xəbər verir ki, tədbirdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov, sədr müavini, Xalq artisti, professor İlham Namiq Kamal, Əməkdar incəsənət xadimləri, professorlar Məryəm Əlizadə, İlham Rəhimli, ADMİU-nun Aktyor sənəti kafedrasının müdiri, Əməkdar artist, professor Gülşad Baxşıyeva, Xalq artisti Yasin Qarayev, Teatr Xadimləri İttifaqının məsul katibi Aida Qafarova və Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Zemfira Əbdülsəmədova çıxış edərək Nəsibə Zeynalovanın zəngin həyat və yaradıcılıq yolundan, onun Azərbaycan mədəniyyəti qarşısındakı xidmətlərindən söhbət açıblar.

Ailə üzvləri adından çıxış edən Nəsibə Zeynalovanın nəvəsi Nəsibə Novruzova tədbirin təşkilatçılarına və iştirakçılarına dərin təşəkkürünü bildirib.

Çıxışlararası Nəsibə Zeynalovaya həsr olunan videoçarx nümayiş edilib, sənətkarın oynadığı tamaşalardan, çəkildiyi filmlərdən fraqmentlər təqdim olunub.

# 1019 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər