Xalq artisti Nəsibə Zeynalovanın xatirəsi anıldı

Xalq artisti Nəsibə Zeynalovanın xatirəsi anıldı
23 aprel 2026
# 16:25

Xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 110 illiyi münasibətlə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi, sənətkarın yaxınları və doğmaları Fəxri xiyabana gələrək görkəmli aktrisanın məzarını ziyarət edib və onun xatirəsini ehtiramla anıblar.

Kulis.az xəbər verir ki, teatrın direktoru Aqil Bəhramlı çıxış edərək Nəsibə Zeynalova həm səhnədə, həm də ekranda bir-birindən maraqlı və yaddaqalan obrazlar qalereyası yaratdığını diqqətə çatdırıb. Vurğulayıb ki, unudulmaz aktrisa özünəməxsus sənəti ilə milli teatr salnaməsində əbədi yaşayacaq.

Əməkdar artist Çingiz Əhmədov aktrisanın yüksək peşəkarlığından, zəngin səhnə mədəniyyətindən və nəcib insani keyfiyyətlərindən söz açaraq onunla bağlı xatirələrini bölüşüb.

Nəsibə xanım haqqında maraqlı xatirələr Musiqili Teatrda Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasının onun yubileyinə həsr olunmuş nümayişindən öncəki çıxışlarda da dilə gətirilib.

Tanınmış teatrşünas, sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə böyük sənət fədaisinin həyat və yaradıcılığı barədə geniş məlumat verərək onun vaxtilə bu tamaşada Sənəm obrazını böyük məharətlə ifa etdiyini vurğulayıb.

Xalq artistinin nəvəsi Nəsibə Novruzova sənətkarın xatirəsinə göstərilən ehtirama görə teatrın rəhbərliyinə və kollektivinə minnətdarlıq edib.

Xatırladaq ki, tamaşanın budəfəki nümayişində Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər Şövqi Hüseynov, Əzizağa Əzizov, Nadir Xasiyev, aktyorlar Gülnarə Abdullayeva, Emin Zeynallı, Gültac Əlili, Elxan İsmayılov, Elçin İmanov, Hüseyn Əlili, Əliməmməd Novruzov, Təranə Əliyeva, Murad Əliyev, eləcə də teatrın xor və balet artistləri iştirak ediblər.

# 732 dəfə oxunub

Oxşar xəbərlər

Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

15:15 6 avqust 2026
Türkiyəli ssenarist vəfat etdi

Türkiyəli ssenarist vəfat etdi

14:30 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər