Xalq artisti ilə görüş keçirildi

Xalq artisti ilə görüş keçirildi
23 avqust 2022
# 18:30

Avqustun 23-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında "Qonağımız var" layihəsi çərçivəsində Xalq artisti, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, dosent Təranə xanım Muradova ilə görüş keçirilib.

Baş İdarədən bildirilib ki, tədbirin aparıcısı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Gültac Əlili qonaqları salamlayaraq, Xalq artistinin həyat və yaradıcılığı haqqında geniş məlumat verib.

Görüşün əsas məqsədi gənclərdə estetik zövqün formalaşması, onların dünyagörüşünün genişlənməsi, xüsusən incəsənətlə məşğul olmaq istəyənlərin düzgün istıqamətləndirilməsidir.

Mədəniyyət sarayında xoreoqrafiya sənəti ilə məşğul olan gənc rəqqaslara ustad dərsi keçməklə yanaşı, tanınmış rəqqasə onun sənətinə pərəstiş edən sevimli tamaşaçılarını maraqlandıran suallara cavab verib.

Görüşdə Mərdəkan Mədəniyyət sarayının "Lalələr" və "Azad" rəqs kollektivlərinin və Şüvəlan qəsəbə Mədəniyyət evinin "Səma" rəqs qrupunun gənc rəqqasları iştirak ediblər.

Ardınca Xalq artisti "Uzundərə", "Yallı" və digər milli rəqslərin nümunələrindən gənc rəqqaslara ustad dərsi keçib.

Görüş maraqla qarşılanıb və yüksək əhval-ruhiyyə ilə başa çatıb.

Sonda Xalq artisti Təranə xanım Muradova tədbirin əsas təşkilatçısı Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə və görüşə gələnlərə öz təşəkkürünü bildirib.

# 2537 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər