Vyanada bayram münasibətilə konsert təşkil olundu

Vyanada bayram münasibətilə konsert təşkil olundu
13 mart 2024
# 16:00

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində xalqımızın ən qədim bayramlarından olan Novruz bayramına həsr edilmiş musiqili tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Avstriya ictimaiyyətinin nümayəndələri, bu ölkədə yaşayan həmvətənlərimiz və yerli qonaqlar iştirak ediblər.

Bayram tədbirini giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova qonaqlara Azərbaycan xalqının əziz bayramı Novruz barədə məlumat verib. Bildirilib ki, Azərbaycan Mədəniyyət Mərkəzində kiçikdən-böyüyə hamının əziz bayramı olan Novruzla bağlı tədbirlər artıq ötən həftədən başlayıb və həm avstriyalı məktəblilər üçün mərkəzə ekskursiya çərçivəsində, həm də mərkəzin nəzdindəki həftəsonu kurslarının iştirakçıları ilə bayram tədbirləri keçirilib. Həmçinin vurğulanıb ki, Mədəniyyət Mərkəzi Avstriya Milli Kitabxanasında Novruzu milli bayram kimi qeyd edən ölkələrin tədbirində Azərbaycan milli mətbəxini, suvenir və təbliğat materialları, xüsusilə də milli musiqi və rəqsləri ilə təqdim edəcək.

Tədbirin bədii hissəsində görkəmli xanəndə, Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” muğam qrupu səhnəyə çıxıb.

Konsertdən əvvəl M. İbrahimov “Qarabağ” qrupu ilə dünyanın müxtəlif ölkələrində Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı tədbir və konsertlərdə iştirak etdiyini bildirib. Deyib ki, bu konsertlərdə Azərbaycan mədəniyyətini və muğamını xüsusi qürur və fəxr hissi ilə təqdim edirlər. Çünki Azərbaycan artıq ərazi bütövlüyünü bərpa edib və torpaqlarımız işğaldan azad olunub. “Qarabağ” muğam qrupunun üzvlərinin hamısının Qarabağdan olduğunu diqqətə çatdıran Xalq artisti dövlətimizin rəhbərliyinin səyləri nəticəsində Azərbaycanın regionda sülh və əmin-amanlıq istiqamətində ciddi işlər görüldüyünü bildirib.

Musiqi proqramında Xalq artisti Mənsum İbrahimov və xanəndə Sədəf Budaqovanın ifasında “Rast” və “Segah” təsnifləri, “Misri” kompozisiyası, Azərbaycan xalq mahnıları, “Qarabağ” və “Yaşa mənim xalqım” mahnıları ifa olunub. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyi ilə əlaqədar muğamlar ifa olunarkən Füzulinin qəzəllərinə xüsusi yer verilib. Xanəndələri Xalq artisti Elçin Həşimov (tar), Əməkdar artistlər Elnur Əhmədov (kamança) və Kamran Kərimov (nağara) müşayiət ediblər.

Konsertdə Azərbaycan Dövlət Rəqs Ansamblının solistləri “Naz eləmə”, “Sarı gəlin”, “Qaytağı”, “Qarabağ yallısı” və digər rəqslərimizi ifa ediblər.

Qeyd edək ki, konsertdən sonra qonaqlar bayram süfrəsinə dəvət edilib və onlara Novruz hədiyyələri təqdim olunub.

"AZERTAC"

# 1827 dəfə oxunub

Oxşar xəbərlər

Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
II Türkiyə Kino Festivalı keçiriləcək

II Türkiyə Kino Festivalı keçiriləcək

16:30 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər