“Voytsek” tamaşasının premyerası keçirildi

“Voytsek”  tamaşasının premyerası keçirildi
30 aprel 2024
# 10:20

XIX əsrin alman dramaturqu, alimi və şairi Georq Bühnerin eyniadlı yarımçıq qalmış pyesinin əsasında “Voytsek” tamaşasının premyerası Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində baş tutub.

Kulis.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.

Pyes 1837-ci ildə yazılıb və 1879-cu ildə Karl Emil Franzoz tərəfindən əsaslı dəyişikliklər edilməklə nəşr olunub. Yazılmasından uzun illər sonra da aktual və həyəcanverici olan “Voytsek” öz bədii gücü və dərinliyi ilə tamaşaçıları heyrətləndirməyə davam edir. Yüz il əvvəl olduğu kimi, səhnədə cərəyan edən hadisələr insan qəddarlığının və çarəsizliyinin təbiəti haqqında hər kəsi ciddi düşüncələrə qərq edir. Təsadüfi deyil ki, tamaşa alman dramaturgiyasının ən böyük əsərlərindən biri kimi tanınaraq opera, müzikl və kino da daxil olmaqla, bir çox janrda işlənib.

Adi bir əsgərin hekayəsi, rejissorun planına görə, parçalanır və tamaşaçıya tibbi arayışdakı qısa qeyd kimi təqdim olunur və bu, qəhrəmanın bu dünyada güc nümayiş etdirməyə çalışanların əlində vasitəyə çevrildiyi proseslərə istinaddır. Tamaşaçıların gözləri önündə, mövcud şərait və qəddar reallıq səbəbindən cinayətə sürüklənən saf insanın faciəsi canlanır. Rüfət Əliyev yaratdığı Voytsek obrazında təkrarolunmazdır. Onun qəhrəmanı vətəndaş nikahında yaşadığı Mariyanın könlünü şad etməyə çalışır. Mariya rolunu aktrisa Olqa Arsentyeva ifa edir.

Zaldakı sürəkli alqışlar sübut etdi ki, tamaşada böyük əməyi olan Azərbaycanın əməkdar artistləri Timur Rəhimov və Murad Məmmədov, artistlər Rüfət Nəzərov, Ramil Əliyev, Tamerlan Abdullayev, Fatimə Əliyeva, Marina Litvinenko, Nadir Əbdürrəhimov, Zaur Terequlov, Fərid Bəhramov, Zaur İsgəndərov, Dilarə Nəzərova, Ruslan Pavlov, Cövhər Abdullayev rejissorun qarşılarına qoyduğu vəzifələrin öhdəsindən çox gözəl gəliblər.

Tamaşanın üzərində dekorasiyalar üzrə rəssam, Azərbaycanın əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, kostyumlar üzrə rəssam, Azərbaycanın əməkdar mədəniyyət işçisi Olqa Abbasova, bəstəkar Anar Yusufov, işıq üzrə rəssam Nikolay Rudıçev, xoreoqraf Olqa Arsentyeva, rejissor köməkçisi Lanita Afonina işləyiblər.

# 2532 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər