VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək
27 aprel 2026
# 14:25

Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı ilə VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək.

Kulis.az xəbər verir ki, festival 22-26 may tarixlərində Elmlər Akademiyasının parkında təşkil ediləcək.

Festivalın ilk günü Azərbaycan-Türkiyə, ikinci günü Özbəkistan-Türkmənistan, üçüncü günü Qazaxıstan-Qırğızıstan, dördüncü günü Macarıstan-Şimali Kipr Türk Respublikası, sonuncu günü isə Türk Dünyası – Yunus Əmrə günü olaraq adlandırılıb.

Layihə rəhbəri, Beynəlxalq Türk Müəllifləri Birliyinin sədri Xəyal Rza festivalın zəngin proqramı haqqında danışıb:

“Türksoylu ölkələrdən tanınmış alimlərin, qələm adamlarının, naşirlərin dəvət edildiyi festivalda şeir saatları, müzakirələr, kitab təqdimatları, elmi konfranslar, film nümayişləri, konsert proqramları ilə yanaşı görkəmli ədbilərin yubileyləri də qeyd ediləcək.”

Bununla yanaşı festivalda müxtəlif nəşriyyatların yeni nəşrləri və əl işləri təqdim ediləcək.

Xəyal Rza bildirib ki, festivalın təntənəli açılış mərasimi 22 may, saat 12-də baş tutacaq və açılışa hər kəs dəvətlidir.


Qeyd edək ki, festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, İLESAM, DGTYB, İnam Mühafizə şirkəti və Mədəniyyət kanalının təşkilati dəstəyi ilə həyata keçiriləcək.

# 1456 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər