“Vətən üçün oxu” layihəsinin təqdimat mərasimi keçirildi

“Vətən üçün oxu” layihəsinin təqdimat mərasimi keçirildi
13 aprel 2023
# 17:50

Azərbaycan Gənclər Fondu və “İrəli” İctimai Birliyinin dəstəyi ilə həyata keçirilən “Vətən üçün oxu” layihəsinin təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, mərasimdə 50-yə yaxın gənc iştirak edib.

Təqdimatda çıxış edən “İrəli” İctimai Birliyinin əməkdaşı, “Vətən üçün oxu” layihəsinin rəhbəri Aydın Abdullayev tədbir iştirakçılarını salamlayaraq, layihə çərçivəsində baş tutan fəaliyyətlərə göstərilən dəstəyə görə Azərbaycan Gənclər Fondu və “İrəli” İctimai Birliyinə təşəkkürünü bildirib. O qeyd edib ki, layihə çərçivəsində çəkilişlər Bakı şəhəri, İsmayıllı, Şəki, Qax və Qəbələ rayonlarında baş tutub. Gənc musiqiçilərin ifasında lentə alınan çəkilişlərdə milli yaradıcılıq nümunələrindən olan “Sarı Gəlin”, “Fəridəm”, “Getmə, gəl” mahnıları, habelə balaban, tar, kamança və nağara kimi milli musiqi alətlərimizdən də istifadə olunub.

Həmçinin diqqətə çatdırılıb ki, layihənin əsas məqsədi istedadlı gənclərimizin tanıdılmasında yardımçı olmaq, habelə Azərbaycan musiqisi və milli musiqi alətlərimizin təbliğində yaxından iştirak etməkdir.

Tədbirin davamında “Vətən üçün oxu” layihəsi çərçivəsində hazırlanmış videoçarxların təqdimatı baş tutub. Daha sonra çəkilişlərdə iştirak etmiş gənc musiqiçilər layihə ilə bağlı öz təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, layihə Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsi çərçivəsində keçirilir. Layihə çərçivəsində hazırlanmış videoçarxlara aşağıdakı link vasitəsilə keçid edə bilərsiniz: https://bit.ly/43ruGiC

# 2446 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər