Vaqif Mustafazadə yad olundu

Vaqif Mustafazadə yad olundu
17 dekabr 2022
# 16:10

Dekabrın 16-da Heydər Əliyev Mərkəzində dünyaşöhrətli musiqiçi, caz əfsanəsi Vaqif Mustafazadəyə həsr olunmuş “Anam. İçərişəhər. Xəzər…” adlı konsert proqramı təqdim edilib.

Kulis.az xəbər verir ki, konsert çərçivəsində Azərbaycan caz-muğam musiqisinin məşhur nümayəndələri Vaqif Mustafazadənin əsərlərini səsləndiriblər. Konsertdə Alim Qasımov, Elbəy Məmmədzadə, Elçin Şirinov, Elvin Bəşirov, Emil Əfrasiyab, Etibar Əsədli, İsfar Sarabski, İsgəndər Ələsgərov, Mir Musa Seyidzadə, Nicat Aslanov, Riad Məmmədov, Ruslan Hüseynov, Şahin Növrəsli, eləcə də Ənvər Sadıqovun rəhbərliyi ilə “Qaytağı” instrumental ansamblı və dirijor Fuad İbrahimovun idarəçiliyi ilə “Bakı Kamera Orkestri (“Baku Chamber Orchestra”) çıxış edib.

Konsertin “Anam. İçərişəhər. Xəzər…” adlandırılması da təsadüfi deyil. Belə ki, Xəzərin sahilində yerləşən Bakıda, İçərişəhərdə dünyaya göz açan Vaqif Mustafazadə yaradıcılığındakı uğurların səbəblərindən söz açarkən hər zaman etiraf edərdi: “Çünki anam, İçərişəhər və bir də dəniz var idi”.

Konsertdə təqdim olunan biri-birindən maraqlı ifalar gecəyə xoş ovqat qatıb, konsert proqramı maraqla qarşılanıb.

Qeyd edək ki, 1940-cı ildə anadan olan görkəmli bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi,

Azərbaycan SSR-in Əməkdar artisti, Dövlət mükafatı laureatı Vaqif Mustafazadə ilk təhsilini anası Zivər Əliyevanın çalışdığı 1 saylı musiqi məktəbində alıb. Vaqif Mustafazadə təhsilini 1957-1963-cü illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində davam etdirib. 1964-cü ildə isə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. 1965-ci ildə Tbilisi şəhərinə məşhur “Orero” ansamblına musiqi rəhbəri kimi dəvət edilib, elə həmin il Gürcüstan Dövlət Filarmoniyasının nəzdində “Qafqaz” caz triosunu yaradıb. 1967-68-ci illərdə Tallində Beynəlxalq caz festivalında iştirak edib.

1968-ci ildə görkəmli bəstəkar Rauf Hacıyevin dəvəti ilə Bakıya dönən Vaqif Mustafazadə 1969-cu ildə Bakıda “Caz-69” festivalında 1-ci mükafata layiq görülüb. 1970-ci ildə “Leyli” vokal kvartetini, 1971-ci ildə Dövlət Teleradiosunun nəzdində “Sevil” vokal-instrumental ansamblını yaradıb.

1977-ci ildə Donetskdə keçirilən caz festivalında laureat, 1978-ci ildə Tbilisidə caz festivalda laureat adına və ən yaxşı pianoçu mükafatına layiq görülüb. 1979-cu ildə “Əzizəni gözləyərkən” kompozisiyası ilə Monakoda Beynəlxalq caz kompozisiyaları müsabiqəsində ən yaxşı bəstəkar kimi birinci yerin və “Ağ royal” mükafatının sahibi olub. Elə həmin il Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

Vaqif Mustafazadə muğamlarımızı ənənəvi caz texnikası ilə birləşdirərək muğamla cazın sintezini yaradıb. Onun musiqimizdə etdiyi bu kimi yeniliklər bu gün də aktualdır və bir çox musiqiçilər ifalarında Vaqif Mustafazadənin yaratdığı caz-muğam sintezindən istifadə edir.

# 2058 dəfə oxunub

Oxşar xəbərlər

Fəqət sən röyalar haqqında nə bilirsən ki... - Günün mahnısı

Fəqət sən röyalar haqqında nə bilirsən ki... - Günün mahnısı

10:10 6 noyabr 2025
Səhnədən uzaqlaşan Zərnigar Ağakişiyeva  - Onu kim yenidən teatra dəvət etmişdi?

Səhnədən uzaqlaşan Zərnigar Ağakişiyeva - Onu kim yenidən teatra dəvət etmişdi?

10:00 6 noyabr 2025
Taleh Yüzbəyov:   "Kino çəkmək futbol oyununa mərc qoymaq kimidir..." - Müsahibə

Taleh Yüzbəyov: "Kino çəkmək futbol oyununa mərc qoymaq kimidir..." - Müsahibə

10:00 6 noyabr 2025
"Rasim Qaraca 24 saat keçməmiş bizi təhqir elədi..." - Rəşad Səfər

"Rasim Qaraca 24 saat keçməmiş bizi təhqir elədi..." - Rəşad Səfər

18:43 5 noyabr 2025
Hazır cavablardan qaçan yazıçı - Con Faulzun sirri nədədir?

Hazır cavablardan qaçan yazıçı - Con Faulzun sirri nədədir?

18:40 5 noyabr 2025
Bir qrup alim təltif edilib - SƏRƏNCAM

Bir qrup alim təltif edilib - SƏRƏNCAM

18:32 5 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər