Vahid Məmmədlinin yeni romanı çap olundu

Vahid Məmmədlinin yeni romanı çap olundu
15 may 2023
# 18:30

Yazıçı Vahid Məmmədlinin “Leyli və Məcnun” adlı yeni romanı çap olunub.

Kulis.az xəbər verir ki, 170 səhifədən ibarət roman “Qanun” nəşriyyatında işıq üzü görüb.

Azərbaycan ədəbiyyatında Nizami və Füzulinin poemalarından sonra ilk dəfə Leyli və Məcnun əfsanəsinin motivləri əsasında yazılmış romanda müəllif klassiklərimizin varisi kimi çıxış edərək sufi dünyagörüşlə dialoqa girir. Bütün kainatı əhatə edən ilahi eşqin bəxş etdiyi azadlıq və səadət, insanın aliliyi, Yaradan və yaradılanın birliyi ideyaları romanda modern ifadəsini tapır.

Qeyd edək ki, hüquq elmləri üzrə fəlsəfə doktoru Vahid Məmmədlinin bundan öncə Azərbaycan ədəbiyyatında ilk fentezi olan “Atropatena dastanı” trilogiyası, dünya ədəbiyyatında ilk qansız döyüş romanı – “Tunc allahın yükü” dilogiyası, “Şəhrizad”, “Palıda sarılmış üzüm” romanları; “Milanda ölüm”, “Buddanın qayıdışı” povestləri; “Döy qapımı, açmayım” şeirlər kitabı və s. Azərbaycan, türk, rus və digər dünya dillərində geniş oxucu auditoriyasına təqdim edilib.

# 2595 dəfə oxunub

Oxşar xəbərlər

Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

11:50 7 avqust 2026
Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

10:50 7 avqust 2026
26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun  siyahısına daxil edildi

26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun siyahısına daxil edildi

10:26 7 avqust 2026
Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər