Uşaqlar üçün növbəti “Oxu saatı” keçirildi

Uşaqlar üçün növbəti “Oxu saatı”  keçirildi
3 may 2024
# 14:22

3 may 2024-cü il tarixində Bakı Kitab Mərkəzində F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə mərkəzin uşaq guşəsində keçirilən görüşün qonağı, ictimai xadim, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti və “Ümidlə gəl” xeyriyyə layihəsinin rəhəri Hacı Quliyev olub.

Kulis.az xəbər verir ki, tədbirdə sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli xüsusi internat məktəbinin və 177 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdləri və digər oxucular iştirak edib. Hacı Quliyev mərkəzə gələn şagirdlər üçün “Bizim böyük qələbəmiz” və Humayun Sevincin “Qarabağ şahzadəsi” kitabını oxuyub.

Kitablardakı mətnləri sağlamlıq imkanları məhdud uşaqlar üçün jest dilinə “Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək” İB-nin jest dili sədri və təlimçisi Şamil Sabirzadə tərcümə edib.

Tədbirin keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə tam və səmərəli inteqrasiyasını, informasiya əldə etmək və özlərini inkişaf etdirmək imkanlarını, o cümlədən, həmin uşaqlara mədəni xidmət göstərməklə sosial reabilitasiyalarını təmin etməkdir.

# 1649 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər