“Ulduz"un sentyabr nömrəsi çap olundu

“Ulduz"un  sentyabr nömrəsi çap olundu
14 sentyabr 2023
# 10:25

"Ulduz" ədəbiyyat dərgisinin sentyabr nömrəsi işıq üzü görüb.

Kulis.az xəbər verir ki, jurnal Günel Mehrinin "Özüylə söhbəti" və "Doğum günü" hekayəsi ilə açılır.

"Şeir vaxtı" rubrikasında Seyid Aynur, Ceyhun Ötkəm, Aydın Arslan, İnqilab Orxan, Xuraman Hüseyn, Süleyman Abdulla və Sevinc Yunuslu kimi müəlliflərin poeziya nümunələri yer alıb.

"Nəsr" rubrikasında isə Anar Adilin "Səmadan məktub", Kənan Hacının "Buynuz qəziyyəsi", Bəhruz Niftəliyevin "Bətn və batin", Aysel Fikrətin "Kaktus" və "Məscidin dəlisi", Nurlana İşığın "Burulğan" hekayələri, eləcə də Əlizadə Nurinin "Ver sözə ehya ki..." essesi dərc edilib. "Təbriz eli" rubrikasında Əli Çağlanın "Liman" hekayəsi təqdim olunur. "Tərcümə saatı"nda yer almış ABŞ yazıçısı Barbara Uolkerin "Dişi canavar" hekayəsini Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi Alsu orijinaldan tərcümə edib.

"Yazı masası"nın növbəti qonağı bu günlərdə 60 yaşını qeyd edən tənqidçi, filologiya üzrə fəlsəfə doktoru, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turandır. Professor Rüstəm Kamalın "Azər Turan: Məfkurənin və Sözün işığı" essesi də yubilyarın çoxşaxəli yaradıcılğına işıq tutur.

"Ulduz" jurnalı ilə "525-ci qəzet"in ortaq layihəsi çərçivəsində ərsəyə gələn və Məti Osmanoğlunun təqdimatında hazırlanan "Gənc yazarlar üçün nəzəriyyə dərsi" bu dəfə Konstantin Balmontun "Poeziya sehr kimi" traktatına, ümumilikdə isə simvolizm ədəbi cərəyanına həsr edilib.

Filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözovanın "Çağdaş nəsrimizin yeni imzaları "Ulduz"un şəfəqləri altında" sərlövhəli yazısında, "Ulduz" jurnalının iyun sayında dərc edilmiş ədəbi nümunələr təhlil edilir. Nəhayət, "Dərgidə kitab"da Xalq yazıçısı Natiq Rəsulzadənin "Əminə" uzun hekayəsi, "Dərgidə sərgi"də isə Dəniz Bəhruzlunun rəsm nümunələri yer alıb.

# 2294 dəfə oxunub

Oxşar xəbərlər

Yüz il əvvəl, yüz il sonra: Türkologiya Konqresi - Orxan Aras

Yüz il əvvəl, yüz il sonra: Türkologiya Konqresi - Orxan Aras

15:00 22 mart 2026
Sevdiyinin doğum günündə vəfat edən sənətkar - O, sonuncu dəfə kimə zəng etmişdi?

Sevdiyinin doğum günündə vəfat edən sənətkar - O, sonuncu dəfə kimə zəng etmişdi?

14:00 22 mart 2026
"Bir zamanlar Abşeronda"  filmi təqdim olundu

"Bir zamanlar Abşeronda" filmi təqdim olundu

12:30 22 mart 2026
"Acgöz kişilərin bədənin haqqında yazdığı şərhlər..." - Yazıçı Nigar Camalı sərt tənqid etdi

"Acgöz kişilərin bədənin haqqında yazdığı şərhlər..." - Yazıçı Nigar Camalı sərt tənqid etdi

12:30 22 mart 2026
Güney Azərbaycanda Novruz adətləri  -  Təbrizdəki "təkəmçilik" ənənəsi necə formalaşıb?

Güney Azərbaycanda Novruz adətləri - Təbrizdəki "təkəmçilik" ənənəsi necə formalaşıb?

12:00 22 mart 2026
Avropa Teatr Tərcümə Şəbəkəsi seçim prosesinin nəticələrini açıqladı

Avropa Teatr Tərcümə Şəbəkəsi seçim prosesinin nəticələrini açıqladı

10:30 22 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər