“Ulduz” jurnalının yeni sayı çap olundu

"Ulduz" jurnalı

"Ulduz" jurnalı

26 yanvar 2022
# 18:20

"Ulduz" jurnalının 2022-ci ildə ilk nömrəsi çap olunub.

Kulis.az xəbər verir ki, jurnalda ilk olaraq Səlim Babullaoğlunun "Yanvar: Qarın şərhi" adlı şeiri, ardından isə gənc yazar Orxan Cuvarlının özüylə söhbəti və hekayəsi təqdim edilib.

"Qısa fikirlər xəzinəsi"ni Məhəmməd Əmin Rəsulzadənin kəlamları bəzəyir. "Yazı masası"nın budəfəki qonağı dərginin qocaman əməkdaşı, rəssam Ədalət Həsəndir.

"Şeir vaxtı"nda Gülnar Ümid, Bəsti Məmməd, Ülkər Nicatlı, İltimas Səmimi, Əbülfət Mədətoğlu, Aysel Nəsirzadə və Zöhrab Mehdinin poeziya nümunələri dərc olunub.

Əli Əmirlinin ənənəvi "Ustad dərsləri"nin cari mövzusu "Mənim personajlarım"dır.

Günel Hacıyevanın "Lili möhtəşəm qadın idi", Zəka Vilayətoğlunun "Çöhrəgülü", Çinarə Ömrayın "Hamiləlik testi", Firuz Mustafanın "Bülbül yuvası" kimi hekayələri xüsusi maraq kəsb edir. Eminqueyin "Məmməd Arazın sufi həqiqətinə çatmış "Dünya"sı" adlı essesi Məmməd Arazın "Dünya sənin, dünya mənim" şeirinin bədii təhlilini gerçəkləşdirir.

Tarix üzrə fəlsəfə doktoru Leyla Abbasovanın Sevinc Nuruqızının "Ağca və Cubbulu" əsərinin quruluşu, redaktəsi, nəşri məsələlərini özündə ehtiva yazısı diqqət çəkir.

Xuraman Hüseynzadənin "Uzaqlar yordu məni..." adlı tənqidi yazısı Nazim Əhmədli yaradıcılığına işıq tutur. Şəfa Vəlinin "Əvvəldən yeri Yuxarıbaş olub" başlıqlı müsahibəsində Xalq şairi Bəxtiyar Vahabzadənin Şəkidəki ev-muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli söhbətə çəkilir.

"Təbriz eli" rubrikasında Pərvanə Məmmədlinin "İstərəm Vətənimdə qanım rəngli bir kilidlə azadlığa yollar açam" başlıqlı yazısı, "Türk eli" rubrikasında isə Cahit Günayın şeirləri təqdim olunur.

"Dərgidə kitab"da Əflatun Amaşovun "Qanıq, Hasan, bir də Qaragöz" romanı, "Sərgi"də isə Ədalət Həsənin qrafik rəsmləri yer alıb.

# 4274 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər