Türkiyə Tik toku bloklamağa hazırlaşır: "Tik tok şeytanın vəkilidir"

Türkiyə Tik toku bloklamağa hazırlaşır: "Tik tok şeytanın vəkilidir"
8 avqust 2024
# 20:56

Türkiyədə İnstagram sosial şəbəkəsindən sonra TikTok-a girişin bloklanması müzakirə olunur.

Kulis.az-ın xəbərinə görə, Türkiyə Böyük Millət Məclisinin Rəqəmsal Media Komissiyasının sədri Hüseyin Yayman deyib ki, "Türk xalqı Tik tokun bloklanmasını istəyir.

"TikTok Türkiyənin milli təhlükəsizlik məsələsidir. Oradakı paylaşmalar o qədər qəribə və reallıqdan uzaqdır ki, onları qəbul etmək mümkün deyil. Millətimiz TikTokun bağlanmasını istəyir".

Sədr deyib ki, komissiya olaraq, TikTok-un bağlanması və ya girişə qadağa qoyulması ilə bağlı rəsmi mövqe yoxdur: “Amma komissiya sədri kimi məndən soruşsanız, cavabım budur ki, siyasət millətlə birgə aparılır. Millətimiz TikTok-un bağlanmasını istəyir".

Yayman qeyd edib ki, Hatay, Ankara, Adana, Mersin və İstanbulda qarşılaşdığı vətəndaşlar TikTokdan şikayətlənib: “Mən özüm TikTokdan istifadə etmirəm. Küçədə məni görən insanlar deyirlər ki, bu TikTok-u bağlasan, cənnətin qapısını açacaqsan. TikTok haqqında çox ciddi tənqidlər və ciddi sayda şikayətlər var. Təəssüf ki, TikTok şeytanın vəkili rolunu oynayır və TikTok postları indi cəmiyyətdə nifrət obyektinə çevrilib. Hətta yaşlı insanlar belə çox irrasional, absurd və mənasız postlar paylaşır. Mən bunları azadlıq sahəsi kimi görmürəm. Mən buranı yerli və milli dəyərlərdən yox, bəşəri dəyərlərdən tamamilə uzaqlaşmış, ümumbəşəri dəyərlərdən total ayrılıq və böyük bir yadlaşma kimi görürəm. Bunları qəbul etmək mümkün deyil".

# 2327 dəfə oxunub

Oxşar xəbərlər

"Peaky Blinders" üslubunda 40 milyonluq soyğun:  Avropol serb qadını axtarışa verdi

"Peaky Blinders" üslubunda 40 milyonluq soyğun: Avropol serb qadını axtarışa verdi

10:11 6 noyabr 2026
Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər