Türk xalqları ilə bağlı yeni məlumat kitabçası işıq üzü gördü

Türk xalqları ilə bağlı yeni məlumat kitabçası işıq üzü gördü
8 yanvar 2024
# 18:20

Türk xalqları ilə bağlı yeni məlumat kitabçası işıq üzü görüb.

Kulis.az xəbər verir ki, Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunan kitabı türk dilində nəşrə Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Yeganə İsmayılova hazırlayıb. Nəşrin redaktoru Azərbaycan Dillər Universitetinin Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri, filologiya elmləri doktoru Elçin İbrahimovdur.

Bu araşdırma dünyanın müxtəlif yerlərində yaşayan türk xalqları ilə bağlı qısa xülasəsidir. Oxucu bu kitabça ilə türk xalqlarının yaşadıqları geniş coğrafiyaya “səyahət” edəcək.

Nəşrdə qeyd edilir ki, böyük tarixi keçmişi olan türklər müəyyən dövrlərdə dünyanın müxtəlif yerlərində yaşayıb və böyük izlər qoyublar. Türk xalqları dünyanın ən qədim və köklü xalqlarından biridir, böyük tarixi və mədəni irsə malikdir. Başqa xalqlar müəyyən ərazidə yaşadıqları halda, türklər dünyanın müxtəlif yerlərində yaşamışlar və hazırda da yaşamaqdadırlar. Nəşrdə dünyada təxminən 300 milyondan çox türkün yaşadığı vurğulanır. Bildirilir ki, qloballaşma və digər dünya xalqları ilə inteqrasiyanın genişlənməsi türklərin öz tarixi yerlərindən daha geniş ərazilərə yayılmasına səbəb olub. Bu gün türkdilli xalqlar müxtəlif qitələrdə yaşayırlar.

Kitabda türk xalqlarının hər biri haqqında ayrıca məlumat verilir. Bu kitabçada əlavə interaktiv məlumatlar da yer alıb.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

# 2183 dəfə oxunub

Oxşar xəbərlər

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər