Türk dünyasının gənc yazarları Lənkəranda

Türk dünyasının gənc yazarları Lənkəranda
4 yanvar 2025
# 11:05

Gənclər və İdman Nazirliyinin dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə "Türk dünyası gənc yazarlarının Lənkəran toplantısı" adlı layihənin Lənkəran şəhərində yekun tədbiri keçirilib.

Kulis.az xəbər verir ki, Lənkəran Mədəniyyət Mərkəzində baş tutan tədbirdə çıxış edən Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov tədbirin Türk dünyası üçün önəmini diqqətə çatdırıb.

Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar 2024-cü ilin Lənkəran şəhərinin Türk dünyasının Gənclər paytaxtı seçilməsi çərçivəsində il boyu önəmli tədbirlər təşkil olunduğunu və bu tədbirin də mövzu ilə əlaqədar növbəti addım olduğunu diqqətə çatdırıb.

Daha sonra Türk ölkə və topluluqlarından gələn yazarlar - Özbəkistandan şair Suhrab Ziya, Mohira Eşpoladova, Türkiyədən Enver Aykol, Çuvaşıstandan Natalya Gerasimova çıxış edərək, layihənin önəmindən söz açıblar.

Yazar Banu Muharremin moderatorluğu ilə davam edən tədbirdə Azərbaycandan olan yazarlar fikirlərini bölüşüblər.

Sonda xarici ölkələrdən gələn nümayəndələrə və tədbirin təşkilatçılığında dəstək olan qurumlara Dünya Gənc Türk Yazarlar Birliyinin təltifləri təqdim olunub.

# 3150 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər