“Türk dünyası” II Beynəlxalq Tələbə Tamaşaları Festivalı keçiriləcək

“Türk dünyası” II Beynəlxalq Tələbə Tamaşaları Festivalı keçiriləcək
20 may 2024
# 15:32

20-22 may 2024-cü il tarixlərində TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Türk dünyası” II Beynəlxalq Tələbə Tamaşaları Festivalı keçiriləcək.

Kulis.az xəbər verir ki, festivala Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan kimi türkdilli ölkələrdən yaradıcıyönümlü ali təhsil ocaqlarının rektorları, nümayəndə heyətləri, eləcə də aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələr qatılacaqlar.

Mayın 20-si Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Festivalın rəsmi açılış mərasimindən öncə mətbuat konfransı keçiriləcək.

Mətbuat konfransında TÜRKSOY rəhbərliyi, türkdilli ölkələrdən festivala qatılan ali məktəblərin rektorları və münsiflər heyəti festivalla bağlı məlumat verəcək, media mənsublarının suallarını cavablandıracaqlar.

Daha sonra Festivalın açılış mərasimi keçiriləcək. Açılış mərasiminin ssenari müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, yazıçı, kinodramaturq İlqar Fəhmi, rejissoru Əməkdar artist Nicat Kazımovdur.

Açılış mərasimində ADMİU-nun Xalq çalğı alətləri orkestri (bədii rəhbər və dirijor Mustafa Aşurov), tələbə xoru (bədii rəhbər və dirijor f.e.d. Təranə Yusifova), universitetin müəllim və tələbələri, müxtəlif illərdə məzun olmuş tanınmış aktyorlar, habelə, Bakı Xoreoqrafiya Akademiyasının tələbə və şagirdlərindən ibarət rəqs kollektivi iştirak edəcək.

Festival boyunca 20-22 may tarixlərində Gənc Tamaşaçılar Teatrı və Akademik Rus Dram Teatrında iştirakçı tələbələrin tamaşaları təqdim olunacaq.

Mayın 22-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Festivalın rəsmi bağlanış və mükafatlandırma mərasimi baş tutacaq.

# 2337 dəfə oxunub

Oxşar xəbərlər

Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
II Türkiyə Kino Festivalı keçiriləcək

II Türkiyə Kino Festivalı keçiriləcək

16:30 21 sentyabr 2026
Süni intellekt aktrisası "nasazladı"

Süni intellekt aktrisası "nasazladı"

16:00 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər