Tərəkəmə yurdu folklor beynəlxalq festival keçiriləcək

Tərəkəmə yurdu  folklor beynəlxalq festival keçiriləcək
30 may 2024
# 13:00

Mədəniyyət Nazirliyinin dəstəyi, "Miras" mədəni irsin öyrənilməsinə kömək İctimai Birliyinin təşkilatçılığı ilə "Tərəkəmə Çərşənbəsi beşinci beynəlxalq folklor festivalının keçirilməsi" layihəsi çərçivəsində iyunun 1-2-də Ağsu rayonu Gəgəli kəndi Tərəkəmə yurdu folklor turizmi məkanında beynəlxalq festival keçiriləcək.

Kuis.az xəbər verir ki, festival çərçivəsində Bakı şəhərindən, Qazax-Tovuz, Lənkəran-Astara, Şirvan-Salyan, Gəncə-Daşkəsən, Dağlıq Şirvan, Quba-Xaçmaz, Mil-Muğan, Qarabağ, Mərkəzi Aran, Abşeron-Xızı bölgələrindən folklor kollektivlərinin çıxışları olacaq.

Kəndirbazlar, Zorxana, Oxatama, Çilingağac kimi milli oyunlar paralel göstəriləcək. Türkiyə, Gürcüstan və İtaliyadan qonaqlar festivala qoşulacaqlar.

Festival çərçivəsində rəsm əsərləri, dekorativ-sənətkarlıq nümunələri, kənd məhsullarından ibarət sərgi-yarmarka təşkil ediləcək. Tanınmış rəssamlar, heykəltəraşlar, el sənətkarları, idman ustalarının ustad dərsləri keçiriləcək. Oturma gecələrində tərəkəmə həyat tərzi ilə bağlı filmlər izləniləcək, müzakirələr aparılacaq. Xarici və yerli qonaqlar kənddə əvvəlcədən müəyyən edilmiş evlərdə qalacaq və ünsiyyət bağları quracaqlar. Səhər tezdən Tərəkəmə marafonu təşkil ediləcək və qonaqlar "Bel daşı əfsanəsi" marşrutu ilə hərəkət edəcəklər. Festival hər iki gün maraqlı proqramlarla davam edəcək.

Festivalın keçirilməsi tərəkəmə həyat tərzinin və köç yollarının UNESCO siyahısına alınması ilə səsləşir. Tədbir təşkilatçılarının əsas hədəfi festivalın davamlı olması və UNESCO-nun ilkin qeyri-maddi mədəni irs siyahısına daxil edilməsidir.

# 2091 dəfə oxunub

Oxşar xəbərlər

Skorsezenin məşhur filmi haqqında sənədli layihə yayımlanacaq

Skorsezenin məşhur filmi haqqında sənədli layihə yayımlanacaq

13:30 21 sentyabr 2026
Ramana qəsrində muzey fəaliyyətə başladı

Ramana qəsrində muzey fəaliyyətə başladı

13:13 21 sentyabr 2026
"Kim tənqid edir, özü bilər" -  Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı

"Kim tənqid edir, özü bilər" - Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı

13:09 21 sentyabr 2026
Şahzadə Diananın qardaşı ilə Kral Çarlz arasında gərginlik

Şahzadə Diananın qardaşı ilə Kral Çarlz arasında gərginlik

13:00 21 sentyabr 2026
Arxeologiya Muzeyləri kompleksində yenidənqurma işləri yekunlaşdı

Arxeologiya Muzeyləri kompleksində yenidənqurma işləri yekunlaşdı

12:30 21 sentyabr 2026
Alim Qasımov:  "Üzeyir Mehdizadə ilə duetimizin belə qarşılanacağını təxmin edirdim, ancaq..." - Müsahibə

Alim Qasımov: "Üzeyir Mehdizadə ilə duetimizin belə qarşılanacağını təxmin edirdim, ancaq..." - Müsahibə

12:18 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər