“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə” layihəsi başladı

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə” layihəsi başladı
8 yanvar 2025
# 17:25

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Dədə Ələsgər Ocağı” İctimai Birliyi "Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində “Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə” layihəsinin icrasına başlayıb.

Kulis.az xəbər verir ki, layihə səkkiz ay müddətində Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan və Abşerondan 35 orta məktəbin 10 və 11-ci sinif şagirdlərini əhatə edəcək. Şagirdlər arasında Qərbi Azərbaycan tarixi ilə bağlı bilikləri və özünüifadə bacarıqlarını dəyərləndirmək məqsədilə inşa müsabiqəsi keçiriləcək.

Müsabiqənin nəticələrinə əsasən, hər məktəbdən seçilən I, II və III yerin qaliblərinin inşaları toplanaraq xüsusi kitab şəklində nəşr ediləcək.

Bu layihə, gənclərin Qərbi Azərbaycan tarixi haqqında məlumatlılığını artırmaqla yanaşı, onların yaradıcı və analitik bacarıqlarını inkişaf etdirməyə xidmət edir.

# 2317 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər