Tarixən doğru bilinən 10 yanlış

Tarixən doğru bilinən 10 yanlış
9 avqust 2025
# 13:30

Kulis.az tarixən doğru bilinən 10 yanlış haqqında maraqlı faktları təqdim edir.

İnsan beyninin yalnız 10 faizindən istifadə edə bilir...

Elm dəfələrlə sübut edib ki, insan beyninin hər hissəsi daim aktivdir və müxtəlif funksiyalar üçün istifadə olunur.

Bunun əksinin yayılması isə tez- tez filmlərdə və motivasiya çıxışlarında istifadə olunmasıdır.

Fransa imperatoru Napoleon balacaboy adam idi.

Tarixi mənbələr onun boyunun 1. 69-70 santimetr olduğunu göstərir ki, bu da həmin dövr üçün norma hesab edilir.

Sadəcə, təxribat məqsədilə düşmənləri tərəfindən yayılmış mif olaraq qalır.

Yarasalar kordur.

Yarasaların görmə qabiliyyəti də mövcuddur, sadəcə qismən məhdudiyyətləri var.

Ultrason siqnallarla hərəkət qabiliyyətlərini daha mükəmməlləşdirirlər, təhlükələrdən qorunub şikarlarını ovlaya bilirlər.

Qan, əslində, mavi rəngdədir, oksigenlə qırmızı rəngi əldə edir.

Bu düşüncənin formalaşma tarixi bir az əvvələ gedir və dəri altından damar rənginin belə görünüşünə görə yaranmış bir inanc olub.

Əslində, qan özü qırmızı rəngdədir və oksigenlə zəngin halda parlaq qırmızıya çevrilir. Mavi damar görünüşü isə işığın dəri altında qırılma qırılma effekti ilə bağlıdır.

Çox su içmək həmişə sağlamlıqdır...

Doğrudan da, həkimlər çox su içməyin sağlamlığında danışır, tövsiyə edirlər.

Lakin, həddindən çox su hiponatremiyaya səbəb olur ki, o da bədəndə duz balansının pozulmasına və həyati təhlükəyə yol açır.

Albert Eynşteyn uşaq olanda riyaziyyatı zəif bilirdi...

Bu məlumatın yayılması daha çox motivasiya məqsədi daşıyırsa da, qeyd etmək lazımdır ki, Albert Eynşteyn məktəb vaxtı riyaziyyatı əla səviyyədə bilirdi.

O, hələ 12 yaşında differensial və inteqral hesablamaları bacarırdı.

Saç və dırnaqlar öldükdən sonra da uzanır.

Əslində insan öldükdən sonra onun dərisi quruyur və çəkilir.

Saçın və dırnağın daha uzun görünməsinin səbəbi də budur.

Onların ölüdən sonra uzanması faktı isə mifdən başqa bir şey deyil.

Çox vitamin qəbul etmək sağlamlığa faydalıdır.

Unutmaq olmaz ki, hər şeyin həddən çoxu da, azı zərərlidir.

Vitaminlər də lazımsız dərəcədə çox qəbul ediləndə ciddi təhlükələrə yol açır.

Misal üçün, A və D vitaminlərinin çox qəbulu orqanizmdə zəhərlənməyə şərait yaradır.

Vaksinlər autizm xəstəliyinə səbəb olur.

Bu, 1998- ci ildə yayılan bir məqalədə belə qeyd olunsa da, sonralar elmi faktlarla təkzib edildi.

Vaksinlərlə autizm arasında heç bir əlaqə yoxdur.

Böyük Çin Səddi kosmosdan görünür.

Kosmosdan - Ay və ya yerin orbitindən Çin Səddi əslində görünmür və bu mümkün də deyil.

O, çox dar və ətrafla eyni görünüşə sahib olduğundan onu bu məsafədən ayırd etmək qeyri- mümkündür.

Kosmonavtlar da bunu dəfələrlə təsdqi ediblər.

# 1283 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər