Tanınmış yazıçılarla Sabirabadda görüş keçirildi

Tanınmış yazıçılarla Sabirabadda görüş keçirildi
27 aprel 2024
# 22:21

Yazıçı, şair, publisist Aqşin Yenisey və şair, tərcüməçi, esseist Qismət Rüstəmov Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Hophopnamə” Kitab Mərkəzində oxucuların qonağı olub.

Kulid.az xəbər verir ki, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə İdarə rəisi Faiq Xudanlı, mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, gənclər iştirak ediblər.

Tədbirin moderatoru Ağalar Ağammədov yazarların həyat və yaradıcılığı barədə iştirakçılara məlumat verib.

Daha sonra qarşılıqlı söhbət şəklində davam edən görüşdə yazarlar Azərbaycan və dünya ədəbiyyatı, ədəbiyyatın funksiyası, mütaliə və onun faydaları, mədəniyyət və sənət haqqında, həmçinin bir sıra bədii əsərlər barədə fikirlərini bölüşüblər.

Görüşdə oxucuların istəyi ilə hər iki yazar öz yaradıcılıqlarından müxtəlif şeirlər səsləndiriblər və eyni zamanda oxucuların suallarını cavablandırıblar.

Tədbirin sonunda yazarlar kitablarını imzalayaraq iştirakçılara təqdim ediblər və xatirə çəkdirilib.

# 3823 dəfə oxunub

Oxşar xəbərlər

26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun  siyahısına daxil edildi

26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun siyahısına daxil edildi

10:26 7 avqust 2026
Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

15:15 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər