Tanınmış türkiyəli tarixçi İlbər Ortaylı Naxçıvana gəlib

Tanınmış türkiyəli tarixçi İlbər Ortaylı Naxçıvana gəlib
22 sentyabr 2025
# 10:22

Tanınmış türkiyəli tarixçi-alim, Türk Tarix Qurumunun fəxri üzvü, yazıçı İlbər Ortaylı Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı və dəvəti ilə Naxçıvanda səfərdədir.

Kulis.az APA-ya istinadən xəbər verir ki, səfər çərçivəsində professor İlber Ortaylı, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, ali təhsil ocağının rəhbər heyəti və əməkdaşları tarixi abidələri ziyarət ediblər.
İlber Ortaylının səfərinin ilk günündə “Duzdağ Müalicə Mərkəzi” ilə tanışlığı təşkil olunub.

Naxçıvan şəhərindəki “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksində yerləşən XVIII əsrə aid “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyində olan elm xadimi sarayın orijinal memarlıq üslubunu izləyib.

Alim, Kəngərlilərin Naxçıvan tarixində tanınmış tayfa olduğunu vurğulayıb və tarixi fotolar arasında Fikrət bəy Kəngərlini tanıdığını bildirib. O, “kaş ki daha çox vaxtım olardı və Naxçıvandakı bütün tarixi arxiv materiallarını tədqiq edə bilərdim”, deyə qeyd edib.

Naxçıvan şəhərindəki tarixi abidələrlə yanaşı, Culfa rayonunda da qonaq olan professor İlbər Ortaylı hürufilik təriqətinin əsasını qoymuş sufi alim, şair, filosof Fəzlullah Nəiminin Xanəgah kəndi yaxınlığında yerləşən orta əsrlər dövrünə aid türbəsini də ziyarət edib.

Həmçinin Əlincə qalanın şərq yamacında inşa edilən XV əsrə aid Əmirxan türbəsində olub.

Daha sonra Ordubad rayonu ərazisində Zəngəzur dəhlizinə açılan qapı - Kotam kəndini gəzən professor ərazinin tarixən çox önəmli, xüsusi strateji məkan olduğunu, tarix boyu bu torpaqların şəxsiyyətlər yetirdiyini qeyd edib.

Professor gəzinti zamanı Ordubad şəhərinin qədim məhəllələrindən olan Sərşəhər meydanını gəzib.

İlbər Ortaylı Naxçıvanda bir sıra görüşlər keçirəcək və çıxışları olacaq.

# 1422 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər